Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:16

Əmlak komitəsindən kvadratmetri 2 manata zirzəmi təklifi


Arxiv fotosu.
Arxiv fotosu.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sahibkarlıq ideyalarını gerçəkləşdirmək üçün məkan axtaranlara Bakıda, eləcə də Xaçmaz və Zərdab şəhərlərində ofis təklif edir.

Kvadratmetri 2 manatdan Sahibkarlara 10 qeyri-yaşayış sahəsi arasında seçim etmək imkanı yaradılıb. Bunların 4-ü Bakının mərkəzində - Şəhərsalma və Arxitektura Komitəsinin yerləşdiyi inzibati binanın yarımzirzəmi və zirzəmisindədir.

Buna da bax:​ Əmlak Komitəsinin 1 milyon 200 minlik “xəta”sı

Gənc sahibkarlara toplam 521 kvadrat metrlik məkanı icarəyə götürmək təklif edilir. İcarəhaqqının məbləğini rəmzi saymaq olar - hər kvadratmetrə 2 manat. Məsələn, S. Vurğun küçəsində beşmərtəbəli binanın beşinci mərtəbəsindəki 57,6 kvadratmetrlik qeyri-yaşayış sahəsinə ayda 228 manat tələb olunur.

Üstünlük “startup”lara veriləcək

ƏMDK-nın mətbuat katibi Qulu Xəlilov AzadlıqRadiosu-na deyir ki, hələlik, obyektlərin yalnız yerləri müəyyənləşdirilib. O, gənc sahibkarlar arasında seçim meyarlarının dəqiqləşdirilmədiyini də sözlərinə əlavə edib: «Hər şey sahibkarların təqdim edəcəkləri ideyalardan asılı olacaq. Üstünlük, əsasən, “startup”lara veriləcək» (“startup” deyərkən, ingiliscədən çevirəndə hərfi mənada “işə salmaq” nəzərdə tutulur. Söhbət inkişaf mərhələsində olan, yeni yaranmış və hətta hüquqi şəxs kimi fəaliyyət göstərməyən, amma yenilikçi bir şirkətdən gedir. “Startup”ın əsas özəlliklərindən biri pula kəskin ehtiyacı və sanki “gizli” fəaliyyətidir. Məsələn, ABŞ-da “startup”ların çoxunu tələbələr qurublar. Üstəlik, harda gəldi – tutalım, qarajlarda – red.).

Buna da bax:​ 25 minlik səhmə 600 min manat ödənildi

ƏMDK yaxın zamanlarda «Gənc sahibkarlara dəstək» layihəsinin ictimai təqdimatını keçirəcək. Bu, komitənin icra etdiyi ilk belə layihədir.

XS
SM
MD
LG