Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:12

Salman Rüşdiyə qarşı fətvadan 30 il keçib, Avropa geriləyir


S.Rüşdi
S.Rüşdi

2019-cu ilin ilk günləri söz azadlığının ən yeni tarixində iki qara hadisəni yada salırıq. Dörd il öncə Fransanın «Charlie Hebdơ» satirik jurnalına hücum edilib. 30 il öncə isə Ruhullah Xomeyni Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdinin qətlinə fərman verib. Bu hadisələrin hər ikisi dərhal fundamental Avropa dəyərlərinə hücum kimi tanınıb. Ancaq bu hadisələrin heç biri sözügedən dəyərlərin birgə müdafiəsinə yol açmayıb. «Bu günsə Avropanın ən yüksək institutları kafirlik və dini təhqirə qarşı qanunlar qəbul etməyə başlayıblar», – «Foreign Policy» jurnalı yazır.

18-ci əsr olsaydı...

2015-ci il yanvarın 7-də törədilmiş «Charlie Hebdo» qətlləri bu mənada parlaq nümunədir. Həmin gün Səid və Şerif Kuaşi jurnalın ofisinə hücum edərək 12 nəfəri, o cümlədən karikatur rəssamlarını və jurnalistləri edam etdi. Qardaşlar hadisə yerini tərk edərkən qışqırırmış ki, «Biz Məhəmməd peyğəmbərin qisasını aldıq!». O ərəfədə «Charlie Hebdo» bir neçə nalayiq karikatura çəkərək Məhəmməd peyğəmbəri təhqir etmişdi. Bu edamlar XVIII əsrdə yaşayan avropalıları təəccübləndirməzdi. (1766-cı ildə Jan-Fransua de la Barr «Allaha və Kilsəyə qarşı dəhşətli, dözülməz təhqirlər»ə görə boynu vurularaq edam edilib və o, Volterin «Fəlsəfi lüğət»inin bir nüsxəsi ilə birlikdə yandırılıb).

Bugünkü Avropa liderləri isə qısa zamanda «Charlie Hebdo»ya hücumu tənqid etdilər və söz azadlığına sədaqəti bir daha vurğuladılar. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk fundamental dəyərlərə, demokratiyanın sütunlarından olan ifadə azadlığına «amansız» hücumdan şoka düşdüyünü demişdi.

Ancaq «Charlie Hebdo»dan sonrakı çıxışlara, şifahi dəstəyə rəğmən, Avropanın bəzi yerlərində kafirliyin yasaqlanması praktikası möhkəmlənməyə başladı. Hətta Avropa İnsan Hüquqları Məhkəməsi bildirdi ki, Avropa insan hüquqları qanunu insanın dini hisslərinin təhqir olunmaması hüququnu tanıyır. Qərara görə, Avstriya Məhəmməd peyğəmbəri «pedofil» adlandıran qadına cəza kəsməklə ifadə azadlığını pozmayıb.

Bəziləri məhkəmənin bu qərarının dini nifrət qarşısında həssas durumda qalan müsəlman azlığın müdafiəsi üçün zəruriliyini vurğulayır. Ancaq dini təhqir və kafirliyə qarşı qanunlar ümumən nifrət çıxışları haqda qanunlardan fərqlənir. Belə ki, sonuncular dini ideya və doqmaları deyil, insanları qorumaq məqsədi daşıyır.

«Dini hissləri təhqir» maddəsi

Bundan başqa, kafirlik və dini təhqirə qarşı qanunlar çox zaman çoxluğu azlıqdan və fərqli düşünənlərdən qorumaq məqsədi daşıyır. İspaniyada aktyor və ictimai fəal Villi Toledo dini hissləri təhqir etməyə görə həbs edilib və hazırda məhkəməsini gözləyir. Həbsə Katolik vəkillər birliyinin ondan polisə şikayət etməsi səbəb olub.

Bu yaxınlarda isə Polşada pop ulduzu Dodanın işinə baxılacaq. O da dini təhqirdə suçlanır. Doda müsahibələrinin birində xristianlıq haqda nalayiq ifadələr işlədib. Rusiyada 2013-cü ildə qəbul olunmuş qanundan sosial media istifadəçiləri və siyasi etirazların təqibi üçün geniş istifadə edilib. Burada üstəlik, «dini hissləri təhqir» maddəsi ilə ittiham olunanlar hökumətin «ekstremist və terrorçular» siyahısına salınır.

Bu məhkəmə işləri Avropa demokratiyalarının BMT-də kafirlik və söz azadlığı məsələlərinə yanaşması ilə təzad təşkil edir. 10 ildən artıqdır ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bütün dünyada kafirliyin qadağan edilməsinə çalışır. Qurum hər il BMT-də «dinə qarşı defamasiya» haqda qətnamənin qəbul olunması üçün səy göstərir. Ancaq 2012-ci ildə İƏT-in ozamankı baş katibi Ekmələddin İhsanoğlu demokratik dövlətlər, insan hüquqları təşkilatları və fəalların təzyiqi altında öz məğlubiyyətini etiraf etməli oldu. Bu siyahıya isə ABŞ və Avropanın demokratik ölkələri başçılıq edirdi. «Biz onları inandıra bilmədik. Avropa ölkələri, ABŞ bizimlə eyni şeyə səs vermir», – İhsanoğlu demişdi.

İfadə azadlığı sahəsində bu mühüm qələbənin ardınca BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasının müxtəlif qurum və ekspertlərinin bəyanatları səslənməyə başlamışdı. Bu bəyanatların hər birində kafirlik qadağalarının beynəlxalq insan hüquqları ilə bir araya sığmadığı dönə-dönə vurğulanmışdı.

XS
SM
MD
LG