Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:50

Rusiya sanksiyalar altında. Vodka cüzi bahalanıb


Moskva, arxiv fotosu
Moskva, arxiv fotosu

“The Economist” Rusiyanın bu ili necə başa vuracağının üç faktordan asılı olduğunu qeyd edir.

Rusiya fevralın 24-də Ukraynaya irimiqyaslı hücuma başlayandan sonra Qərb də iqtisadi müharibəni işə saldı. Rusiyaya bir sıra malların satışı qadağan edildi, tanınmış brendlər bu ölkəni tərk etdiklərini açıqladılar. Rusiya mərkəzi bankının xarici ehtiyatlarının 60 faizi donduruldu. Məqsəd Prezident Vladimir Putini təcavüzə görə cəzalandırmaq idi. Sanksiyalar rublun kəskin dəyər itirməsinə, bir çox Rusiya şirkətlərinin səhmlərinin ucuzlaşmasına səbəb oldu.

Bəs, görəsən, Qərbin strategiyası plan üzrə gedirmi? “The Economist” Rusiya marketlərində təlaşın səngiyini yazır. Martın əvvəlindən rublun məzənnəsi qalxır, hətta müharibədən əvvəlki səviyyəyə yaxınlaşır. Hökumət və bir çox şirkətlər xarici valyutadakı istiqrazlar üzrə ödənişləri edirlər. Banklardan 3 trilyon rubl (31 milyard dollar) vəsait çıxarılmışdı, amma proses dayanıb, rusiyalılar nağd vəsaiti yenidən hesablara yatırırlar.

5 faiz qiymət artımı

Dərgi bəzi qaydaların bazarları sabitləşdirdiyini qeyd edir. Mərkəzi bank faiz dərəcəsini 9.5%-dən 20%-ə qaldırıb. Yaxud ixracatçılar xarici valyuta əməliyyatlarının 80 faizini rubla çevirməlidirlər.

Martın əvvəlindən istehlakçı qiymətləri 5 faizdən çox artıb. Rublun zəifləməsi və sanksiyalar idxalı bahalandırıb. Ancaq heç də bütün məhsulların qiyməti qalxmayıb. Əsasən daxili istehsal olan Vodka müharibədən öncəylə müqayisədə azacıq bahalanıb. Benzinin qiyməti dəyişməyib. Məqalədə iqtisadi fəaliyyətə böyük zərbə dəyməsinə dəlilin az olduğu vurğulanır.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Rusiya və Ukrayna iqtisadiyyatlarının uyğun olaraq 10 və 20 faiz azalacağını bildirir. Fevralın 24-də müharibə başlamazdan öncə AYİB Ukrayna üçün 3.5 faiz, Rusiyada 3.0 faiz artım proqnozlaşdırırdı.

Ekspert: 'Rusiyadan buğda asılılığı çoxdan aradan qaldırılmalı idi'
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Üç faktor

“The Economist” isə Rusiyanın bu ili necə başa vuracağının üç faktordan asılı olduğunu qeyd edir.

Birincisi, müharibə uzandıqca sıravi rusiyalıların iqtisadiyyat sarıdan nə dərəcədə narahat olaraq xərcləri azaltmasıyla bağlıdır. İkincisi, firmaların Qərbdən idxala çıxışını bloklamasından dolayı istehsalın dayanmasıdır. Məsələn, Rusiyanın aviasiya sektoru və avtomobil sənayesi bu baxımdan zəif durumdadır.

Üçüncüsü və ən əsası isə, Rusiyanın mədən yanacağı ixracıyla bağlıdır. Sanksiyalara baxmayaraq, Rusiya hər ay xarici müştərilərə 10 milyard dollarlıq neft satır. Təbii qaz və digər neft məhsullarından da gəlir dayanmayıb. “The Economist” yazır ki, bunlar dəyişməsə, Rusiya iqtisadiyyatı hələ bir müddət də başını girləyə bilər.

Putin Ukraynaya qarşı səbəbsiz müharibəyə başlayandan sonra Qərbin sərt sanksiyaları ilə üzləşib. AYİB martın 31-də açıqladığı proqnozda bildirir ki, Rusiya iqtisadiyyatı 2023-cü ildə durğunluq keçirəcək və “bunun mənfi nəticələri Şərqi Avropa, Qafqaz və Orta Asiyada bir sıra ölkələrdə hiss olunacaq”.

XS
SM
MD
LG