Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:22

Serzh Sarkisian-ın qardaşı oğlu Praqada saxlanıb


Kemiş prezident Serzh Sarkisianın qardaşı oğlu Narek Sarkisian
Kemiş prezident Serzh Sarkisianın qardaşı oğlu Narek Sarkisian

Ermənistan polisi bildirir ki, keçmiş prezident Serzh Sarkisian-ın qaçaq düşmüş qardaşı oğlu Çexiyanın paytaxtı Praqada saxlanıb.

Erməni rəsmilər dekabrın 7-də bildiriblər ki, axtarışa verilmiş Narek Sarkisian-ın yeri Interpolun yardımı ilə müəyyənləşdirilib və o bugün Praqada saxlanıb. Narek Sarkisian öz ölkəsində bir sıra cinayətlərdə ittiham olunur.

Polisin verdiyi məlumata görə o Franklin Gonzales adı altında gizlənirdi və saxta Qvatemala pasportu var. Bu da qeyd olunur ki, hazırda Narek Sarkisian-ın Ermənistana ekstradisiyası prosesinə başlanıb.

Ermənistan rəsmiləri ötən iyulda bildirmişdilər ki, Milli Təhlükəsizlik Xidməti Narek Sarkisian-ın həbsi üçün order verib və o adam oğurluğunda, qanunsuz narkotik maddələr və silah saxlamaqda ittiham olunur.

Elə həmin vaxt Narek Sarkisian-ın qardaşı Haik-ın həbs edildiyi və ona 2007-ci ildə bağlanmış bir qətlə qəsd işi üzrə ittihamların irəli sürüldüyü xəbər verilmişdi. O sonradan zaminə buraxılmışdı.

Narek və Haik Serzh Sarkisian-ın kiçik qardaşı Aleksandrın övladlarıdır. Aleksandr Sarkisian-ın özü də qanunsuz silah saxlamaq iddiaları ilə bağlı iyul ayında polis və təhlükəsizlik zabitləri tərəfindən iki dəfə saxlanmışdı.

Prezident Serj Sarkisian (sağda) qardaşı Levonu təltif edir. 2016
Prezident Serj Sarkisian (sağda) qardaşı Levonu təltif edir. 2016

Keçmiş prezidentin daha bir qardaşı, Levon Sarkisian, habelə onun oğlu və qızına qarşı da “qanunsuz varlanma” və vergidən yayınma ittihamları irəli sürülüb. Vergi orqanları ötən iyunda onların bir Ermənistan bankında milyonlarla dollarlıq əmanət saxladıqlarını aşkar etmişdi.

Yerevan məhkəməsi Levon və onun oğlu barəsində həbs qətimkan tədbiri barədə qərar çıxarıb, lakin o vaxtdan bəri onların harada olduqlarrı naməlumdur.

Levon Sarkisian-ın qızından isə Yerevandan çıxmaması barədə iltizam alınıb.

Baş nazir əvəzi Nikol Pashinian mayın 8-də de facto hakimiyyətə gəldikdən sonra korrupsiyaya qarşı mübarizə elan edib.

XS
SM
MD
LG