Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:57

Sarkisyan ‘Paşinyanı ifşa edən’ səs yazısını açıqladığını deyir


Keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyan (solda) və keçmiş prezident Serj Sarkisyan bir seçki blokundadırlar
Keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyan (solda) və keçmiş prezident Serj Sarkisyan bir seçki blokundadırlar

İyunun 9-da Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan açıqlayacağını vəd etdiyi audioyazını ictimailəşdirib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Sarkisyanın sözlərinə görə, bu səs yazısı baş nazir əvəzi Nikol Paşinyanı Qarabağ tənzimləməsi məsələsində ifşa edir.

Serj Sarkisyan sözü gedən səs yazısını “Xidmətinizdəyəm” blokunun Geqarkunik vilayətində keçirilən tədbirində səsləndirib.

Azatutyun yazır ki, Nikol Paşinyanın səsi eşidilən bu audionun harada yazıldığı məlum olmur.

Elə bu vaxt Putin, Nazarbayev və Lukaşenka gəlirlər...

Audiodakı səs deyir:

“Mən 2018-ci il mayın 12-də Soçiyə getdim, çünki orda görüşlərim vardı, daha doğrusu bizim ilk tanışlığımız baş verirdi. Bu elə bir yer idi ki, burda iclaslardan əvvəl və sonra kofe-filan içmək üçün yığışırlar. Elə bu vaxt Putin, Nazarbayev və Lukaşenka gəlirlər və mənə bunu deyirlər: “sənin indi böyük populyarlığın var və sair, sənin qismətinə Qarabağ məsələsini həll etmək şansı düşüb”. Mən deyirəm, yaxşı, tarixi şans var, amma sizcə həll etmək nə deməkdir? Onlar mənə “Lavrovun planında” yazılanlardan danışırlar: qoşunların çəkilməsi-filan, deyirlər ki, onlar gəlib orda dayanacaqlar, heç milçək də uça bilməyəcək. Mən deyirəm ki, Qarabağın statusu müəyyən edilməyənədək bu məsələ müzakirə mövzusu ola bilməz. Mən heç bu varianta da razı deyiləm, amma siz mənə başqa şey deyirsiniz. Elə bu vaxt Putin deyir, həm Putin, həm Nazarbayev, həm də Lukaşenka deyirlər ki, Əliyev Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bilir. Mən deyirəm əla, bu maraqlıdır. Gəlin bütün bunları kağızın üzərində yazaq və bu müzakirə üçün çox maraqlı mövzu olacaq. Mən də o kağızı gətirib xalqa deyərəm ki, belə bir təklif var: bu sizin üçün maraqlıdır, ya yox. Amma yox, onlar deyirlər ki, burada ikinci nyuans var: sədacə olaraq o (Əliyev) deyir ki, mən bu kağızı indi göstərsəm, millətim üçün satqın olaram. Mənsə onlara deyirəm: faktiki olaraq başa düşdüm ki, o sizin köhnə dostunuzdur və siz istəmirsiniz ki, o millətinin satqını olsun. Siz istəyirsiniz ki, mən öz millətimin satqını olum. Mən dedim ki, bu olmayacaq. Bütün bunların nəticəsində anladım. Bunlar məni həmin konveyerin üstünə qoymaq istəyirlər ki, sonunda, bütün söhbətlərə, təbəssümlərə, tostlara baxmayaraq aprel müharibəsi baş verdi. Mənə aydın oldu ki, burda mənim vəzifəm dəqiq müəyyənləşdirilib və bu konveyerdən qaçmaq, onun üstündən kənara atılıb başqa yerdə olmaq lazımdır, amma bircə o konveyerin üstündə yox. Belə olsaydı, ifadəmə görə məni bağışlayın, özümü bir az dəliliyə, bir az da qeyri-adekvatlığa qoymalı, amma bu konveyerdən kənara atılmalıydım. Onda vəziyyət çox riskli idi. Çox-çox riskli məsələ idi”.

Azatutyun yazır ki, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu səs yazısına hələki reaksiya verməyib.

Amma səs yazısını dinlətdirdikdən sonra Ermənistanın üçüncü prezidenti Paşinyanı danışıqları dalana salmaqda ittiham edib:

“Belə bir nəticə alınır ki, bu adam dəli deyil. O özünü dəliliyə qoyub gic-gic hərəkətlər edir. Bu ölkə başçısı üçün sadəcə olaraq yolverilməzdir”.

Azatutyun xatırlatmasına görə, bu yaxınlarda Serj Sarkisyan demişdi ki, əgər Paşinyan, onun ordu üçün ayrılmış pulları Monte Karloda kazinoda uduzduğuna dair ittihamına 24 saat ərzində bircə sübut göstərə bilməsə, o həmin bu audionu açıqlayacaq.

XS
SM
MD
LG