Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:48

Səsvermədə yenilik: 'Yaylıq əməliyyatı…'


Səsvermədə yaylıq əməliyyatı
Səsvermədə yaylıq əməliyyatı

“Gəlin-gəlin, doluşun! Hələ gör neçə məntəqəyə getməliyik...”.

“Mersedes” markalı, ağ rəngli mikroavtobusun sürücüsü 12 saylı Qaradağ-Binəqədi Yasamal Seçki Dairəsinin 27 saylı məntəqəsindən çıxan adamları tələsdirirdi. Yaşlı kişilərdən və cavan oğlanlardan ibarət 10-a yaxın “seçici”, deyə-gülə, mikroavtobusa otururdu...

“İçəridəkilər fəhlələrdir. Dedilər, səsverməyə aparmaq lazımdır, gətirmişəm”. Bunu söyləyən sürücü onları hələ daha bir neçə məntəqəyə aparacağını da sözlərinə əlavə edir.

“Prezidentimiz nə təhər məsləhət edir, biz də ona razıyıq”

Referendum 26 sentyabr 2016
Referendum 26 sentyabr 2016

Bu dairənin 26, və 29 saylı məntəqələrinə də göz yetirən hər kəs dəstə-dəstə adamların eyni məntəqəyə bir neçə dəfə girib-çıxdığını görə bilərdi. Onlardan biri, orta yaşlı qadın deyir ki, ondan ötrü, ən əsası, səsvermədir:

“Nə olar, olar... Biz də səsimizi verdik”.

Bir başqasının fikri də belə idi:

“Prezidentimiz nə təhər məsləhət edir, biz də ona razıyıq. O hər şeyi fikirləşir, ondan artıq fikirləşməyəcəyik ki. Mitinq eləməli deyilik ki. Ömrüboyu qoy o, prezident olsun. Atası da yaxşı olub, özü də”.

Buna da bax:​ Müşahidəçinin anlaşılmaz seçki qeydləri

12 saylı Qaradağ-Binəqədi Yasamal Seçki Dairəsinin 27 saylı məntəqəsinin sədri Ətir Muradova AzadlıqRadiosu-na deyir ki, seçkidə “karusel”dən sönbət gedə bilməz:

Məntəqədən başıaçıq çıxan qadınlar (karuselşilər) bu məntəqəyə yenidən başıbağlı gedirlər...
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00

“Yox, elə şey yoxdur, nə varsa, göz qabağındadır. Hamısı sakinlərimizdir, bir-bir gəlir, səs verirlər. Bunu buradakı partiya nümayəndləri də təsdiq edə bilər”.

Məntəqə sədri seçicilər arasında fəallığın yüksək olduğunu da deyir.

Ədalət Partiyasından məntəqə üzvü Cəmil Abbasov “karusel”ə bənzər nəsə görmədiyini söyləyir:

ELS Müstəqil Araşdırmalar Mərkəzinin Exit-Poll keçirən əməkdaşı Anar Həşimov danışır
Gözlə

No media source currently available

0:00 0:00:20 0:00

Referendum 26 sentyabr 2016
Referendum 26 sentyabr 2016

“Hər şey normaldır. Çölə çıxmamışam, avtobus görməmişəm. Hamı gəlir, səsini verir, gedir”.

“Soruşdum ki, kimə səs verəcəyik? Dedilər...”

Valideynlərin çoxu səsverməyə məktəbli uşaqları ilə gəlir. Səsinin yazılmasını istəməyən valideynlərdən biri deyir ki, beləcə, uşaqların valideynlərinin səsəverməyə gəlməsi bir növ təsdiqlənir. Başqa bir valideyn deyir ki, referendumdan bir neçə gün əvvəl müəllimlər onlarla əlaqə saxlayaraq, referendumun lehinə səs verməyin vacib olduğunu bildiriblər:

“Müəllim zəng elədi ki, sabah referendumdur, gəlin. Elə bildim, kiməsə səs verəcəyik. Soruşdum ki, kimi tanıyırıq, kimə səs verəcəyik? Dedilər, yox, uzatmağa görədir. 7 illikdir, nədir, ona görə”.

Buna da bax:​ İki dəfə səs verdi

Buradakı məntəqələrin önündə olan başqa təbliğat plakatları çıxarılsa da, hakim Yeni Azəbaycan Partiyasının “HƏ!” məzmunlu plakatı hələ də qalırdı.

Referendum "Hə" 26 Sent 2016
Referendum "Hə" 26 Sent 2016

Başıaçıq qadınlar bu dəfə başıbağlı səs verirlər

15 saylı Yasamal Seçki Dairəsinin 9 saylı seçki məntəqəsinin sol küncünə bir qrup qadın yığışıb. Əllərində şəxsiyyət vəsiqələri var. “Həkim” dedikləri yaşlı kişidən təlimat alırlar. “Həkim” deyir, başqa yerlərə də getməlidirlər. Bir “ağbirçək”sə çantasından bir neçə yaylıq - başörtüsü çıxarıb qadınlara verir. Məntəqədən başıaçıq çıxan qadınlar bu məntəqəyə yenidən başıbağlı gedirlər. Çıxa-çıxa zarafatlaşır, işlərinin qurtarıb-qurtarmadığını soruşurlar. “Həkim” onları başqa bir küncə aparır.

9 saylı məntəqənin sədri danışır
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00

9 saylı məntəqənin sədri Nüşabə Novruzova deyir ki, belə şey ola bilməz:

“Yox-yox, ola bilməz. Şəxsiyyət vəsiqələrinə baxıb, adamları bir-bir buraxırıq”.

Buna da bax:​ Bakıda "karusel" əməliyyatı

ELS Müstəqil Araşdırmalar Mərkəzinin Exit-Poll keçirən əməkdaşı Anar Həşimov deyir ki, seçkidən çıxanlar arasında Exit-Poll-dan imtina edənlər çoxdur:

Valideyn: 'Müəllim zəng elədi ki, sabah referendumdur, gəlin...'
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00

“Saat 8-dən burdayıq. Seçki fəallığı var. İnsanlarda, müəyyən qədər də olsa, seçki mədəniyyəti formalaşmaqdadır. Bu, sezilir. Ancaq içəridən çıxanlar arasında imtinalar da çox olur”.

Seçki fəallığına gəlincə, məsələn, 36 saylı Xətai 4-cü seçki seçki dairəsinin 10 və 9 saylı məntəqlərinə, təkəm-seyrək seçici gəlsə də, məntəqə üzvləri seçici fəallığının yüksək olduğunu deyirdilər.

XS
SM
MD
LG