Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:38

Anar Məmmədli: 'Seçki ənənəvi qanun pozuntuları ilə keçib'


Anar Məmmədli
Anar Məmmədli

“Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı açıq ictimai-siyasi müzakirələrin keçirilməsi və seçicilərin ətraflı məlumatlandırılması baş verməyib. Ölkədə ifadə, birləşmək, sərbəst toplaşmaq azadlığının son illər daha da məhdulaşdırılması, referendum qabağı təşviqat müddətinin çox az olması və müxalifyönlü təşviqat qruplarının qeydiyyata alınmaması bunun əsas səbəbi olub”.

Keçmiş məhbus, Seçki Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli referendumun nəticələri ilə bağlı bəyanatında belə qeyd edir.

A.Məmmədli vurğulayıb ki, müstəqil vətəndaş cəmiyyəti nümayəndələri sərbəst fəaliyyət imkanlarından məhrum olublar.

Buna da bax:​ Anar Məmmədli: 'Hakimiyyət istədiyinə nail oldu'

“Səsvermə prosesi üzrə seçicilərin və müşahidəçilərin yaydığı məlumatlara əsaslansaq ənənəvi qanunu pozuntularının baş verdiyini qeyd edə bilərik. Bu cür qanun pozuntularına bir şəxsin bir-neçə dəfə səs verməsi, seçicilərin qrup halında məntəqəyə məcburi gətirilməsi, adı seçici siyahısında olmayan insanların səsvermədə iştirakı və saxta bülletenlərinin qutulara atılması daxildir”, A.Məmmədli bildirib.

A.Məmmədli hesab edir ki, hakimiyyət dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın yaradılmasından ötrü siyasi iradə nümayiş etdirməli, bütün siyasi opponentlərinə rəqabətli şərait yaratmalı və siyasi məhbus sayılan şəxslərin azad olunmasını təmin etməlidir.

“Referendum ölkədə hakimiyyət bölgüsü və insan hüquqlarının müdafiəsi ilə bağlı konstitusion islahatlara olan ehtiyacı aradan qaldırmayıb. Bu sahədə təşəbbüslər öyrənilməli və Avropa Şurası Venesiya Komissiyası ilə əməkdaşlıq şəraitində ölkədə hüquqi islahatlar həyata keçirilməlidir”, ekspert vurğulayıb.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Konstitusiyaya 29 məsələ ilə bağlı dəyişiklik edilib.

Buna da bax:​ Finkelstein iddia edir ki, 88,9 faiz seçici 'hə' deyib

Orada, Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Üstəlik, əgər torpaqlardan səmərəli istifadə edilməsə, torpaq üzərində mülkiyyət hüququ alına bilər.

Mərkəzi Seçki Komissiyası bildirir ki, xalqın böyük əksəriyyəti bu dəyişikliklərə səsə verib.

XS
SM
MD
LG