Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:32

Milli Şura referendumun nəticələrinin ləğvini istəyir


Milli Şura
Milli Şura

“Mərkəzi Seçki Komissiyası (MSK) ilkin məlumatlarda seçicilərin iştirakını 70 faizə yaxın göstərsə də, obyektiv müşahidələr bu referendumun faktiki boykot edildiyini göstərir”.

Milli Şuranın sentyabrın 27-də yayılmış bəyanatında belə deyilir.

Bəyanatda bildirilir ki, referendumda total saxtakarlığa yol verilib.

“Referendum total saxtalaşdırma şəraitində keçib. “Karusel ”( təlimatlandırılan seçicilərin bir neçə məntəqədə səs verməsi-R), seçki qutularına topa-topa bülletenlərin doldurulması baş verib. Bütün bu saxtakarlıq faktları müxtəlif media təmsilçiləri və fəal vətəndaşlar tərəfindən video görüntülərlə təsbit edilib”.

Buna da bax:​ Müsavat: 'Referendum beynəlxalq standartlara cavab vermədi'

Milli Şura bəyan edir ki, bu referendumu legitim saymır və onun nəticələrini tanımır.

“Dəyişikliklər insan hüquq və azadlıqlarını, o cümlədən vətəndaşların mülkiyyət hüququnu, ifadə azadlığını məhdudlaşdıran, Respublika prinsiplərini pozan, hakimiyyət bölgüsünü faktiki aradan qaldıran xarakterlidir. Hətta xalqdan mandat almamış istənilən şəxsin dövlət başçısı ola bilməsinə hüquqi imkan yaradır. Daha sadə dillə ifadə etsək bu dəyişikliklərin məqsədi ölkədə faktiki tətbiq edilmiş ailə hakimiyyətini qanuniləşdirmək olub”, - bəyanatda bildirilib.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Konstitusiyaya 29 məsələ ilə bağlı dəyişiklik edilib.

Buna da bax:​ 'Hansı xalq 70 faiz səs verər ki, mülkümü əlimdən al?'

Orada, Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Üstəlik, əgər torpaqlardan səmərəli istifadə edilməsə, torpaq üzərində mülkiyyət hüququ alına bilər.

Mərkəzi Seçki Komissiyası bildirir ki, referendum tam demokratik şəraitdə keçib. Xalqın böyük əksəriyyəti bu dəyişikliklərə səsə verib.

XS
SM
MD
LG