Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:25
Donald Trump
Donald Trump

Obama hakimiyyətin Trumpa ötürülməsinə göstəriş verib

Amerika Birləşmiş Ştatları noyabrın 8-də 45-ci prezidentini seçir. Bu seçkinin əsas anları ləngimədən, bütün detalları ilə AzadlıqRadiosu-nda.

14:27 8.11.2016

ABŞ-da Senat və Nümayəndələr palatasına da seçkilər keçirilir.

ABŞ-da seçkilər
ABŞ-da seçkilər

Noyabrın 8-də ABŞ-da prezident seçkisi ilə yanaşı Senat və Nümayəndələr palatasına da seçkilər keçirilir.

Senata seçkilər 34 ştatda keçirilir. Son rəy sorğularına görə, respublikaçılarla demokratların şansıburda təxminən eynidir.

Sosioliji proqnozlara görə Nümayəndələr palatasında isə respublikaçılar çox güman ki, üstünlüyü qoruya biləcəklər.

-

Moskva ABŞ-a eyni üsulla cavab verəcəyini deyir.

Sergei Ryabkov
Sergei Ryabkov

“Moskva rusiyalı diplomatların ABŞ-da seçki məntəqələrinə girişinin əngəllənməsini qəbuledilməz sayır”.

Bunu noyabrın 8-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.

O, artıq bununla bağlı ABŞ tərəfinə rəsmi nota göndərildiyini deyib. Ardı

-

15:25 8.11.2016

Seçki gününə rəsmi olaraq start verildi və Tramp irəlidədir

Nyu Hempşir (New Hampshire) ştatını bir neçə kiçik seçki məntəqəsində səsvermənin başlaması ilə bitməsi bir olub.

ABŞ seçki qanununa görə seçici sayı 100 nəfərdən az olan məntəqələr seçki günündə gecəyarıdan başlayaraq açıla və bütün seçicilər səs verdikdən sonra qapatıla bilər.

Üç bele məntəqə artıq bağlanıb və nəticələrə görə respublikaçı namizəd Donald Tramp 32-25 faiz nisbəti ilə irəlidədir.

15:43 8.11.2016

Erkən seçkilərdə rekord iştirak

Rekord sayda – 46 milyondan artıq seçici ”erkən səsvermədə”, yəni seçki günündən əvvəl və ya poçt vasitəsilə artıq səs veriblər.

Seçkinin ilkin nəticələri Bakı Vaxtı ilə sabah səhər saat 9-da bəlli olacaq.

Qalib ABŞ-ın 45-ci prezidenti olacaq,andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.

16:31 8.11.2016

Hillary Clinton səs verdi

Hillary Clinton
Hillary Clinton

Demokrat partiyasından prezidentliyə namizəd Hillary Clinton Nyu-York ştatının Çappaqua şəhərində səs verib.

O, seçki məntəqəsinə həyat yoldaşı və keçmiş prezident Bill Klintonla gəlib.

Bu barədə CBS televiziya kanalaı məlumat yayıb.

ABŞ-da prezident seçkisi ilə yanaşı Senat və Nümayəndələr palatası,12 ştat və əraziyə qubernator və 15 iri şəhərə mer seçkiləri də keçirilir.

ABŞ-da erkən seçkilərdən nəticələr gəlir

ABŞ-da seçkilər
ABŞ-da seçkilər

Demokrat partiyasından prezidentliyə namizəd Hillaty Clintonun Neveda ştatında keçirilən erkən seçkidə irəlidə olduğu görünür.

Səslərin ¾-dən çoxu demokratların 32-36 faiz səs fərqi ilə irəlidə olduğunu göstərir.

Kolorado ştatında isə tərəflərin təxminən 35 faizlə eyni olduğunu görünür.

Respublikaçıların namizədi Donald Trampın isə Arizona, Ayova və Ohayo ştatlarında üstün olduğu güman edilir.

Arizonada səslərin 2/3-si respublikaçıların 44-34 faiz fərqlə irəlidə olduğunu göstərir.

Davamı

XS
SM
MD
LG