Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edilib.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Həmçinin Azərbaycan Müəllimlər İnstitutunun rektoru
Aqiyə Naxçıvanlı prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.
Buna səbəb onların deputat seçilməsidir.
-
Prezident İlham Əliyev Səməd Seyidovu Azərbaycan Dillər Universitetinin, Ağacan Əbiyevi isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edib.
Onların hər ikisi deputat seçilib.
Seçkidən əvvəl rektorlara ya vəzifədə qalmaq, ya da deputat olmaq seçimi verilmişdi.