Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:20

Senat komitəsi Ukraynaya qarşı soyqırım qətnaməsini qəbul edib


Kiyev yaxınlığındakı Buça şəhəri Rusiya qoşunları geri çəkiləndən sonra
Kiyev yaxınlığındakı Buça şəhəri Rusiya qoşunları geri çəkiləndən sonra

ABŞ Senatının beynəlxalq münasibətlər komitəsi Rusiyanın Ukraynadakı hərəkətlərini Ukrayna xalqına qarşı soyqırım kimi tanıyan qətnaməni qəbul edib.

Bu sənəddə Rusiyanın Ukraynaya müdaxiləsi əsnasında Ukrayna xalqına qarşı soyqırım törədildiyi bildirilir, ABŞ və müttəfiqlərinə Ukraynaya dəstəyi davam etdirmələri üçün çağırış edilir, habelə “dəhşətli cinayətlərdə təqsirli olanların məsuliyyətə cəlb edilməsi” tələb edilir.

Qətnamə prezident Co Baydenə Maqnitski qanununa uyğun olaraq sözü gedən soyqırım aktında iştirak edənlərə qarşı sanskiyaların qoyulmasını təklif edir.

Bu qətnamənin müəllifləri Amerikanın Helsinki Komissiyasına rəhbərlik edən demokrat Ben Kardin, onun partiyadaşı Riçard Blümental, habelə respublikaçılar Lindsi QremCim Rişdir.

Cim Riş bu barədə deyib:

"Putin öz hərəkətləri ilə aşkar şəkildə nümayiş etdirdi ki, onun məqsədi Ukrayna xalqının varlığına son qoymaqdır. Onun İrpendə və Kiyev vilayətinin başqa rayonlarında törətdiyi qəddarlığın özüm şahidi olmuşam”.

Dünya parlamentlərinin qətnamələri

Ukraynada törədildiyi iddia edilən hərbi cinayətlərin təhqiqatını Beynəlxalq Ədalət Məhkəməsi aparır.

Rusiya öz hərbçilərinin dinc sakinləri öldürməsini inkar edir. Rusiyanın özündə bu qətllər barədə məlumatın yayılması “ordu barədə saxta məlumatlar” ittihamı ilə cinayət əməli sayılır.

Bundan əvvəl Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı dünyanın bir sıra ölkələrinin parlamentləri Rusiyanı “terrorun sponsoru” və ya “terrorçu rejim” kimi tanıyıblar.

Belə bir qətnaməni Avropa Parlamenti də qəbul edib.

ABŞ Konqresinə bu məzmunlu sənədlər təqdim olunsa da, onların heç biri indiyədək qəbul olunmayıb.

XS
SM
MD
LG