Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:33

Senatorlar Rusiyanın seçki müdaxiləsi cəhdləri barədə xəbərdarlıq edirlər


Senator Richard Burr
Senator Richard Burr

ABŞ-ın aparıcı senatorları deyiblər ki, Rusiyaya bağlı hakerlər 2016-cı il ABŞ prezident seçkisi zamanı azı bir ştatda seçki sisteminə daxil ola biliblər. Senatorlar ABŞ-ın səsvermə sistemini haker hücumlarına qarşı texniki baxımdan möhkəmləndirməyə çağırıblar.

Bu çağırışdan əvvəl Senatın Kəşfiyyat Komitəsi Rusiya və başqa yerlərin hakerlərinin ABŞ-ın səsvermə sisteminə müdaxiləsinin miqyasına dair bir illik təhqiqatın ardınca hesabat açıqlamışdı.

Senat komitəsi Rusiyanın ABŞ seçkilərinə, xüsusilə də 2016-cı il seçkisinə müdaxiləsinə dair iddiaları araşdırır. Bu komitə habelə Trump və Rusiya rəsmiləri arasında mümkün sövdələşməni təhqiq edir.

Komitənin respublikaçı sədri Richard Burr iddia edib ki, Rusiyaya bağlı hakerlər ABŞ-ın 21 ştatında kompüter sistemlərini hədəfləsələr də, heç bir seçki nəticələrini təsirləndirə bilməyiblər.

O bildirib ki, “ruslar aşkar şəkildə bizim seçki sistemimizə etimadsızlıq yaratmaq istəyirdilər”.

Bir neçə millət vəkili Daxili Təhlükəsizlik Nazirliyini hakerlik probleminin miqyası barədə seçki rəsmilərini məlumatlandıra bilməməkdə ittiham edib.

Lakin eyni zamanda senatorlar ştatların rəsmilərini səsvermə texnologiyalarını və avadanlığını təkmilləşdirməyə, elektron səsvermə ilə yanaşı bülletenlərlə qeydiyyat tətbiq etməyə çağırıblar.

ABŞ-da gələn noyabrda keçiriləcək Konqres seçkisi parlamentə hansı siyasi partiyanın nəzarət edəcəyini müəyyənləşdirəcək.

Birləşmiş Ştatlarda səsvermə üçün məsuliyyəti başlıca olaraq ştatlar daşıyır.

Federal hökumət seçkilərə vəsait ayrısa da, bilavasitə səsvermənin keçirilməsində iştirak etmir.

XS
SM
MD
LG