Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:50

Sentyabrın 3-də təşviqat kampaniyası başlayır


2009-cu il referendumu
2009-cu il referendumu

Konstitusiyaya dəyişikliklə bağlı keçiriləcək referendumun təşviqat kampaniyası sentyabrın 3-də başlayacaq.

APA-nın xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə təsdiq edilmiş referendum üzrə təqvim planında öz əksini tapıb. Təqvim planında qeyd edilir ki, təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalanadək, sentyabrın 25-i saat 8.00-da dayandırılır.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

İyulun 18-də prezident İlham Əliyev Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı Referendum Aktı layihəsini rəy verilməsindən ötrü Konstitusiya Məhkəməsinə göndərmişdi. İyulun 25-də Konstitusiya Məhkəməsi Akta müsbət rəy verdi.

Buna da bax - Hüquqşünas: "Həmin hakimlər monarxiyanı qanuniləşdirdilər"

Hüquqşünas: "Həmin hakimlər monarxiyanı qanuniləşdirdilər"
Gözlə

No media source currently available

0:00 0:14:47 0:00

Prezident referendumun keçirilməsini sentyabrın 26-na təyin edib.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Milli Şura, REAL Hərəkatı və Müsavat Partiyası bu layihənin əleyhinə mövqelərini bildiriblər. Onların fikrincə, bu, respublika sistemindən monarxiya sisteminə keçməkdir.

XS
SM
MD
LG