Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:19

Qazaxıstan və Serbiya Ukraynada keçirilən referendumları tanımayacaq


Serbiyanın və Rusiyanın xarici işlər nazirləri Nikola Selakoviç (sağda) və Sergey Lavrov
Serbiyanın və Rusiyanın xarici işlər nazirləri Nikola Selakoviç (sağda) və Sergey Lavrov

Rusiyanın müttəfiqi Serbiya bildirib ki, Moskvanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi referendumların nəticələrini tanımayacaq.

Serbiyanın xarici işlər naziri Nikola Selakoviç sentyabrın 25-də Berlqradda deyib ki, Serbiya bu referendumların nəticələrini BMT xartiyasına və beynəlxalq qanuna görə tanıya bilməz.

Nazir bildirib ki, əks halda Serbiyanın milli maraqlarına, suverenliyinə və ərazi bötüvlüyünə ciddi zərbə vurulardı.

Serbiya Rusiya ilə yaxın münasibətlərini qoruyub saxlayır. Rusiya 2008-ci ildə Serbiyanın bir hissəsi olan Kosovonun müstəqilliyini tanımayıb. Kosovonu hazırda ABŞ və Qərb ölkələri də daxil 100-dək ölkə tanıyıb.

Moskva Kosovonu Qərbin əsas səhvlərindən biri sayır.

Selakoviç və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının iclası əsnasında ölkələri arasında ikiillik “məşvərət planı” imzalayıblar.

Avropa İttifaqına zərbə

Bu Rusiya və Serbiya arasında Moskvanın Ukraynaya müdaxiləsindən sonra imzalanmış ilk yüksək səviyyəli diplomatik sənəddir.

Avropa İttifaqının Serbiya üzrə məruzəçisi Vladimir Bilicik deyib ki, bu sənədin imzalanması Serbiyanın ittifaq üzvlüyü niyyətinə böyük zərbədir:

"Gəlin açıq danışaq, Avriopa İttifaqı üzvlüyünü istəyən ölkəyə hücum Aİ-nin genişlənmək planlarına hücumdiur”.

Belqrad BMT-nin Rusiyanın Ukraynaya hücumunu pisləyən bir sıra qətnamələrinə səs versə də, Moskvaya qarşı sanksiyalara qoşulmayıb.

Kiyev və Qərb Ukraynanın işğal altında olan Luhansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində Moskvanın keçirdiyi referendumları saxta adlandırıb.

Qazaxıstan da referendumların nəticələrini tanımayacaq

Rusiyanın daha bir müttəfiqi Qazaxıstan bildirib ki, Moskvanın Ukraynanın işğal olunmuş ərazilərində keçirilən referendumların nəticələrini tanımayacaq.

Qazaxıstan XİN-in sözçüsü Aybek Smadiyarov sentyabrın 26-da deyib ki, Astananın Donetsk, Luhansk, Xerson, və Zaporojyedə keçirilən referendumlara münasibəti “ölkələrin ərazi bütövlüyü prinsipinə” əsaslanacaq.

Smadiyarov deyib ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ukrayna ərazisində yaradılmış qondarma Donetsk və Luhanks “respublikalarının” tanınması məsələsinə artıq münasibətini bildirib.

İyun ayında Peterburqda keçirilən iqtisadi forumda Tokayev demişdi ki, onun ölkəsi qondarma respublikaların müstəqilliyini tanımayacaq.

Sentyabrın 23-də başlanan referendumlar sentyabrın 27-də başa çatacaq.

XS
SM
MD
LG