Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:13

Vəkil Əziz Məmiyevin bədənində xəsarət izi olduğunu bildirir


Bakıda quru sərhədin bağlanmasına etiraz
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Polis etirazçıların hökumət binasına yaxınlaşmasına imkan verməyib

İyulun 20-də quru sərhədlərin açılması tələbi ilə keçirilən etiraz aksiyası zamanı inzibati qaydada həbs olunmuş Müsavat üzvü Əziz Məmiyevin bədənində xəsarətlər var.

Bu haqda Müsavat Partiyasından məlumat verilib. Partiyadan deyilir ki, iyulun 22-də vəkil Osman Kazımov Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində Ə.Məmiyevlə görüşüb: "Əziz bəyin sağ bud nahiyəsində xəsarət izi var. O vəkilə bildirib ki, saxlanılandan sonra polis bölməsinə aparılıb və maşından düşürəndən sonra bölmənin qarşısında onu döyüblər. Vəkil məsələ ilə bağlı prokurorluğa müraciət edəcək və məhkəmə qərarından apellyasiya şikayəti verəcək".

Daxili İşlər Nazirliyindən “Turan”a Ə.Məmiyevin döyülməsi iddiasını təkzib ediblər.

Müsavatçının atası oğlu ilə görüşə buraxılmadığını deyir

İyulun 20-də quru sərhədlərin açılması tələbi ilə keçirilən etiraz aksiyası zamanı inzibati qaydada həbs olunmuş Müsavat üzvü Əziz Məmiyevin atası ilə görüşə buraxılmadığı bildirilir.

Bu barədə fəalın atası İltifat Məmiyev məlumat verib. Onun sözlərinə görə, iyulun 21-də oğlu ilə görüşmək üçün Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə gəlsə də, görüşə icazə verilməyib: "Karantin qaydalarına uyğun olaraq görüşə icazə olmadığını dedilər".

İ.Məmiyev oğluna görə narahat olduğunu söyləyib.

Sosial şəbəkələrdə Ə.Məmiyevin döyülməsi haqqında iddialar yayılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov "Turan"a həmin iddiaların əsası olmadığını bildirib. O, siyasi fəalla görüşə icazə verilməməsini isə İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə görüşə getməzdən öncə DİN-ə müraciət etmək lazım olması ilə əsaslandırıb: "Müraciət müvafiq qaydada baxılandan sonra cavab veriləcək".

Müsavat fəalı 30 sutka aldı

Quru sərhədlərin açılmaması ilə bağlı keçirilən etiraz aksiyası zamanı saxlanılan Müsavat üzvü Əziz Məmiyev 30 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bu barədə DİN-in Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat verib. Onun sözlərinə görə, iyulun 19-da bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirmək cəhdlərinin qarşısını alarkən Ə.Məmiyev polislərin qanuni tələbinə riayət etməyərək onlara müqavimət göstərib.

Bakıda quru sərhədin bağlanmasına etiraz

İyulun 20-də Bakıda bir qrup şəxs saat 12-də Nazirlər Kabinetinin qarşısına yığışaraq quru sərhədlərin açılması tələbi ilə aksiya keçirmək istəyib. Aksiyaçılar yolboyu "Sərhədləri bağlama, xalqı əsir saxlama" deyə şüarlar səsləndiriblər. "Bu qərar insanların mənafeyinə ziddir. Ona görə də burada toplaşmışıq. Amma polis sözümüzü deməyə imkan vermir",- aksiyaçılardan Əlövsət Sadıqlı deyib.

Polis onların hökumət binasına yaxınlaşmasına imkan verməyib, aksiya iştirakçıları avtomobilə otuzdurularaq naməlum istiqamətə aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Turan"a bildirilib ki, razılaşdırılmamış aksiyada saxlanılan olmayıb: "Razılaşdırılmamış aksiya ilə bağlı əvvəlcədən xəbərdarlıq olunmuşdu. Saxlanılan yoxdur, aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb".

Aksiyanın təşəbbüskarı Müsavat Partiyasının üzvü Tofiq Yaqubludur.

Xatırlatma

Pandemiya başladığı dövrdən Azərbaycan qonşu ölkələrlə quru sərhədi bağlayıb. Bugünlərdə açıq olan tək quru sərhəd - Türkiyə-Azərbaycan sərhədi də bağlandı. Hökumət bunu həmin ölkədə meymunçiçəyi xəstəliyinə yoluxanların olması ilə izah edir.

Sərhədin bağlı qalması hava yolları şirkətlərini varlandırır
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Ötən həftə dövlət başçısı İlham Əliyev hökumətin bu ilin altı ayının yekunlarına həsr olunmuş iclasında quru sərhədlərin açılmayacağını bildirib: "Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq – quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur. Biz COVID dövründə milyardlarla vəsait ayırmışıq, indi mən bunu təkrarlamaq istəmirəm".

Bu qərarın əleyhdarları hesab edirlər ki, məqsəd xəstəlikdən qorunmaqdırsa, quru yolu kimi hava yolu da bağlanmalıdır, amma Azərbaycandan bir çox ölkəyə hava yolu ilə gediş-gəliş mümkündür.

Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu?
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

XS
SM
MD
LG