Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:01

Seçkidə 'sükut günü'dür


Seçki qutusu, arxiv foto
Seçki qutusu, arxiv foto

Bu gün, fevralın 8-i saat 08.00-dan növbədənkanar parlament seçkilərində təşviqat rəsmən dayandırılıb.

Seçki Məcəlləsinə əsasən, təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçrkiləri ilə bağlı təşviqat kampaniyası yanvarın 17-də başlamışdı.

Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib ki, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 şəxs namizədliyini geri götürüb. Bundan başqa, MSK 2 nəfərin namizədliyini ləğv edib. Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir.

Xatırlatma

Ötən il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam verib.Parlamentin buraxılması təşəbbüsü hakim Yeni Azərbaycan Partiyasına (YAP) aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifətdən Milli Şura və bəzi qüvvələr bu seçkiləri boykot edir. Onlar hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

XS
SM
MD
LG