Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:42

I Şah İsmayılın ana dilində şeirləri tapılıb


Şeirlər “Şah Xətai” başlığı ilə verilib.
Şeirlər “Şah Xətai” başlığı ilə verilib.

Ankara Milli Kitabxanasından I Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdıqları şeirləri aşkar edilib.

Şeirləri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov üzə çıxarıb.

Paşa Kərimovun AzadlıqRadiosu-na verdiyi xəbərə görə, Xətainin Ankara Milli Kitabxanasındakı Əlyazma məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə gedən əsərləri qəzəl və qoşma janrlarında yazılıb.

Buna da bax: Şah İsmayılın şair olduğuna şübhə edən İranlılara!

Həm də, onun bəzi mətbu şeirləri ilə bu əlyazmadakı şeirlər arasında fərqlər var.

Paşa Kərimovun fikrincə, şairin əsərlərinin gələcək nəşrlərində bu fərqlər nəzərə alınmalıdır.

I Şah Təhmasib ana dilindəki qəzəlində Osmanlı imperatoru Sultan Süleymanın qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən bəhs edir, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə əsaslandırır.

Buna da bax: Səfəvilər tarixi şirin bir tarixçi diliylə...

Maraqlıdır ki, həmin məcmuədə Sultan Süleymanın da bu şeirə nəzirə olaraq yazdığı cavabı verilib.

Beləliklə, I Şah İsmayıl Xətai və I Sultan Səlim arasında olan mükaliməni (danışıq, söz, dialoq) onların övladları- I Təhmasib və Sultan Süleyman Qanuni ana dilində müşairə (şeirləşmə, deyişmə) formasında davam etdiriblər.

Şeirlər “Şah Xətai” başlığı ilə verilib
Şeirlər “Şah Xətai” başlığı ilə verilib

XS
SM
MD
LG