Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:40

Putini qovmaq üçün piyada Moskvaya gedən şaman Çitada mitinq keçirib


Çita, Şaman, Aleksandr Gabışev
Çita, Şaman, Aleksandr Gabışev

Putinin "pis ruhunu Kremldən qovmaq üçün" piyada Yakutiyadan ( Saxa Respublikası-Rusiya Federasiyasının subyektlərindən biri.) Moskvaya gedən şaman Aleksandr Gabıshev Çitada mitinq keçirib.

O şəhərdəki “Hyde park” adlanan mərkəzi parkda keçirilən mitinqdə çıxış edib.

Kommunistlər və “Vətəndaş həmrəyliyi” ictimai-siyasi təşkilatının təşkil etdiyi mitinqdə 700-dək adam iştirak edib.

Mitinqin əsas şüarı “Putinsiz Rusiya” olub.

Şahidlərin sözlərinə görə, mitinq iştirakçıları əsasən şaman Gabıshevin çıxışını gözləyirmişlər.

O deyib ki, 2019-cu ilin yazında Yakutiyadan Moskvaya yola düşüb və bu yolu 2 ilə qət etmək fikrindədir.

“Allah mənə deyib ki, Putin adam yox, iblisdir və mən onu qovmalıyam. Odur ki, onu qovmağa gedirəm. Hələlik dinc yolla-xalq toplantıları və mitinqlərlə, amma əgər dinc üsullar alınmasa, onda başqa yollar olacaq”, şaman deyib.

Yerli sakinlər şamonun başına toplaşıb, onunla söhbət edib və şəkil çəkdiriblər.

Aleksandr Gabıshev artıq 4 aydır ki, uzaq şərq magistral yolu boyunca Moskvaya doğru hərəkət edir və o artıq 2021-ci ildə Putini qovmaq fikrindədir.

Oun fikrincə Putini qaranlıq qüvələr yaradıb və onun öhtəsindən yalnız şamanlar gələ bilər.

Gabıshev təxminən 2 min kilometrlik yol boyunca yüzlərlə sürücü ilə görüşüb, onunla bağlı videolara milyondan çox baxış olub.

XS
SM
MD
LG