Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:40

ABŞ-ın müdafiə naziri əvəzi niyə nazir olmaq istəmir?


Patrick Shanahan
Patrick Shanahan

ABŞ prezidenti Donald Trump bildirib ki, müdafiə nazirinin əvəzi Patrick Shanahan Pentaqon rəhbərliyinə namizədliyini geri götürür.

Trump iyunun 18-də yazdığı tvitdə bildirir ki, Shanahan "vəzifəyə təsdiqolunma prosesini davam etdirməməyi qərara alıb ki, ailəsinə daha çox vaxt ayıra bilsin”.

Prezident başqa bir tvitində yazır ki, ABŞ ordu naziri Mark Esper müdafiə nazirinin əvəzi təyin edilir.

Bu ilin yanvar ayında general James Mattis Trump-la fikir ayrılığı üzündən müdafiə naziri vəzifəsindəın istefa etdikdən sonra Pentaqonun daimi rəhbərinin postu boş qalır.

Trump ötən may ayında bildirmişdi ki, müdafiə naziri vəzifəsinə Shanahan-ı nominasiya edəcək. Lakin rəsmi nominasiya prosesi Senatda ləngimişdi.

Shanahan-ın müdafiə nazirliyindən imtina etməsi Yaxın Şərqdə gərginliyin artdığı bir vaxta təsadüf edir.

İyunun 18-də USA Today qəzeti yazıb ki, FTB Shanahan və onun ovaxtkı arvadı arasında 2010-cu ildə baş vermis ailə münaqişəsini araşdırır. O vaxt ər və arvad bir-birini zorakılıqda ittiham edirdi.

Trump-ın Shanahan barədə elanından bir neçə dəqiqə sonra müdafiə naziri əvəzinin The Washington Post qəzetinə müsahibəsi dərc olunub.

Bu müsahibədə Shanahan 2011-ci ildə yeniyetmə oğlu ilə bağlı insidentdən danışıb.

O vaxt oğlanın beysbol ağacı ilə anasının başını yardığı iddia olunurdu.

XS
SM
MD
LG