Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:24

Hakimiyyətin sülalə daxilində üçüncü nəslə ötürülməsi...


Əliyevlər ailəsi
Əliyevlər ailəsi

Bəzi qazaxıstanlı ekspertlər hesab edirlər ki, Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum, əslində, "sülalə hakimiyyəti sisteminin qanuniləşdirilməsidir".

POSTSOVET ÖLKƏLƏRİ

Azərbaycanda müxalifət qüvvələri iddia edir ki, bu dəyişikliklər İlham Əliyevin prezidentlik müddətinin uzadılmasına və onun ailə hakimiyyətinin güclənməsinə xidmət edir. Deputat seçilməyə yaş məhdudiyyətinin 25-dən 18-ə endirilməsi isə İlham Əliyevin oğlunun 19 yaşının tamamlanmasıyla əlaqələndirilir.

AzadlıqRadiosu-nun qazax xidməti səsvermə zamanı baş vermiş pozuntulardan yazır. Bir nəfərə bir neçə bülleten verilməsi, seçki yaşına çatmamış şəxslərin səs verməsi, səhər saat 9-a qədər bəzi seçki məntəqələrində sandıqların artıq dolu olması, müşahidəçilərə maneələrin törədilməsi bu pozuntulardan yalnız bəziləridir. Seçici fəallığının çox aşağı olduğu qeyd edilir. MSK pozuntular barədə məlumatları inkar edib.

Bəzi qazaxıstanlı mütəxəssislər hesab edirlər ki, Azərbaycandakı referendum bəzi postsovet ölkələrindəki durumu xatırladır. Onlar bu referendumu prezident hakimiyyətinin möhkəmləndirilməsi üsulu kimi görürlər.

Buna da bax:​ Konstitusiya dəyişdi, 'karusel' şikayətləri dəyişmədi...

EHTİYATLILIQ

Siyasətçi Amijan Kosanovun sözlərinə görə, neftlə zəngin bütün postsovet respublikalarında olduğu kimi, əhalisi yoxsul Azərbaycanda bu addımların atılması demokratik prosesə uyğun deyil.

"Ancaq Əliyevlər ailəsinin idarə etdiyi Azərbaycanda demokratiya heç olmayıb da. Fərqli düşüncəli müxalif qüvvələr təqiblərə məruz qalır. İlham Əliyevin, nisbətən gənc olmasına baxmayaraq, ehtiyatlı tərpəndiyi nəzərə çarpır. Vəzifəyə atası tərəfindən gətirilmiş İ. Əliyevin bu dəyişiklikləri guya xalqın mənafeyindən ötrü etməsi gülməli səslənir", deyə o bildirib.

Amirjan Kosanovun sözlərinə görə, "hakimiyyətdə uzun zaman qalmış və klan sisteminə arxalanan postsovet ölkələrinin liderləri ömrü boyu öz klanlarına borclu olacaqlar".

Buna da bax:​ "Bu referendum cəmiyyətin sifarişi deyildi"

PLANA UYĞUN DEYİL

"Güman ki, yeni vitse-prezident vəzifələrini bundan ötrü yaradırlar. Konstitusiyanı özünə uyğunlaşdırma prosesi təkcə Azərbaycanda baş verməyib. Özbəkistanda superprezident Konstitusiyası yaratmış İslam Karimov-un ölümündən sonra baş verməkdə olan hakimiyyət dəyişikliyi, güman ki, prezidentlərin planına uyğun gəlmir", o deyir.

Ekspert Sultanbek Sultangaliyev də Azərbaycandakı referendumu postsovet ölkələrində hakimiyyətin ötürülməsi problemi ilə əlaqələndirir.

Onun sözlərinə görə, bu addım hakimiyyətin mümkün böhran şəraiti yetişməmiş özünü sığortalamaq cəhdidir. "Fikrimizcə, nəticələri əvvəlcədən bəlli bir referendum müasir Azərbaycanı yalnız "türkmənləşmə" istiqamətinə itələmir. Referendum Azərbaycanı Şimali Koreya tipli sülalə monarxiyası istiqamətinə yönəldir", ekspert söyləyir.

ÜÇÜNCÜ NƏSLƏ ÖTÜRMƏK

Sultanbek Sultangaliyevin sözlərinə görə, güman ki, bu, postsovet məkanında ilk dəfə hakimiyyətin sülalə daxilində üçüncü nəslə ötürülməsi olacaq.

Buna da bax:​ İlham Əliyevə qarşı «Xalq Kral İstəmir» aksiyası- [video]

Azərbaycanı 1993-cü ildən bəri 10 il idarə edən əvvəlki prezident Heydər Əliyev hələ sağ ikən oğlu İlham Əliyevin prezidentliyə namizədliyini təklif edib. Atasından sonra prezident olmuş İlham Əliyev isə 2003-cü ildən bəri artıq üç dəfə prezident seçkilərində qalib gəlib. Azərbaycanın müxalifət qüvvələri bu seçkilərin nəticələrini tanımır.

2006-cı ildən bəri Türkmənistanı idarə edən prezident Gurbanguly Berdymuhamedov da sentyabrın 14-də Konstitusiyaya düzəlişləri imzalayıb. Bu düzəlişlərlə Türkmənistanda prezidentliyə namizədlik üçün 70 yaş senzi qaldırılır və prezidentlik müddəti 5 ildən 7 ilə yüksəldilib.

Qazaxıstanda isə Konstitusiya 2011-ci ildə dəyişdirilib. Bu dəyişiklikdən sonra Nursultan Nazarbayev prezidentliyə namizədliyini qeyri-məhdud sayda irəli sürə bilər.

BMT-nin Baş Katibi Ban Ki-moon bu yaxınlarda qeyd etmişdi ki, "bir çox ölkələrin liderləri hakimiyyətdə qalmaqdan ötrü Konstitusiyanı yenidən yazır, seçki prosesi ilə manipulyasiya edir və başqa ...tədbirlərə əl atırlar".

XS
SM
MD
LG