Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:25

Nazirlik yenə Şuşa və Kəlbəcər istiqamətinə atəş açıldığını bildirir


Şuşa, 26 noyabr 2020
Şuşa, 26 noyabr 2020

MN: Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub

Azırbaycan Müdafiə Nazirliyi gün ərzində atəşkəs pozuntusu ilə bağlı 22çncü xəbəri paylaşır.

"Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-i saat 19:00-dan 19:25-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub".

Nazirlik bundan başqa Rusiya Sülməramlılarının müvəqqəti yerləşdiyi ərazidə də atəşkəs pozuntusunun olduğunu bildirir:

"Saat 20:37-dən 22:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd və Qaybalı yaşayış məntəqələri tərəfdən Şuşa şəhəri ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində avtomat və pulemyotlardan istifadə edərək fasilələrlə atəş açıb. Cavab atəşilə qarşı tərəf susdurulub.Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır." deyə rəsmi açıqlamada bildirilir.

Azərbaycanın Müdafiə Nazirliyin bütün bu açıqlamalarına Ermənistanın münasibəti, hələlik, bəlli deyil.

Bir gün əvvəl, avqustun 14-də isə Ermənistan tərəfi axşam saatlarında Qeqarkunik istiqamətində mövqelərinin Azərbaycan tərəfdən atəşə tutulduğunu bildirmişdi.

***

MN: " Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub"

Azərbaycan Naxçıvan istiqamətində mövqelərinin atəşə tutulduğunu açıqlayıb.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) avqustun 15-i günorta saatlarında məlumat yayıb.

Məlumata görə, avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələri mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Açıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.

***

Azərbaycan Şuşa ətrafında təxribatla üzləşdiyini deyir

Azərbaycan Müdafiə Nazirliyi (MN) bildirir ki, Ermənistan silahlı qüvvələri mövqelərini atəşə tutub.
Nazirlik bununla bağlı avqustun 15-i səhər saatlarında məlumat yayıb.

Məlumata görə, avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Açıqlamaya görə, Azərbaycanın Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri isə avqustun 14-ü saat 19:08-dən 19:17-dək vurulub.

Nazirlik qeyd edir ki, qarşı tərəfə cavab verilib.

“Bundan əlavə avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib ”,məlumatda yazılıb.
Vurğulanır ki, axşam saat 22:14 radələrində Xəlfəli yaşayış məntəqəsi yaxınlığına iki ədəd mülki avtomobilin yaxınlaşdığı müşahidə edilib:

“Həmin nəqliyyat vasitələrindən düşən silahlı şəxslər mövqelərimiz istiqamətində havaya atəş açaraq dərhal ərazini tərk ediblər. Bölmələrimiz tərəfindən müvafiq tədbir görülüb və bu barədə Rusiya sülhməramlılarının komandanlığına məlumat verilib. Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur. ”

Bu məlumata, hələlik, Ermənistan rərəfinin münasibəti bəlli deyil.

Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.

Xatırlatma

2020-ci il sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib.Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG