Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:37

«Silk Way» bankı indi kimə məxsusdur?


Screenshot (http://banksilkway.az)
Screenshot (http://banksilkway.az)

«Bank Silk Way» ASC-nin kimə məxsus olduğu bilinmir

Sentyabrın 8-də «Bank Silk Way» ASC ötən ilin hesabatını açıqlayıb. «Qiymətli kağızlar bazarı haqqında» qanuna uyğun təqdim olunan hesabatda bank səhmdarları arasındakı dəyişiklik sezilir.

Dəyişiklik 1 il öncə olubmuş

Məlumatda bank səhmdarlarının 3 fiziki şəxs olduğu qeyd edilsə də, onların adları göstərilmir. Hərçənd, qanunvericiliyin tələbinə görə, şirkətin 5 faiz və daha çox səhminə sahib fiziki və hüquqi şəxslərin adları belə hesabatlarda mütləq əksini tapmalı, onların sahibləndiyi səhmlərin miqdarı barədə də məlumat verilməlidir.

«Bank Silk Way» ASC-də bankın indiki səhmdarlarına dair AzadlıqRadiosu-nun sualına cavab verilməyib.

Ekspertlər bunu da deyirlər ki, qanunvericilik bankın iri səhmdarlarının səhm zərfləri ilə alış-verişi, eləcə də baş verən mühüm hadisələr barədə Məlumatların Açıqlanmasının Elektron Sistemi (https://disclosure.az) və korporativ səhifə üzərindən də məlumat verilməsini nəzərdə tutur. Ancaq bir çox şirkət həmin tələbə əməl etmir.

Buna da bax: Prezidentin qızı banka necə sahib oldu?

Ötən il bankın səhmdarları bir neçə dəfə ümumi yığıncaq keçiriblər. Onların birində (3 sentyabr 2015-ci il) «bankın nizamnamə kapitalında mühüm iştirak paylarının alqı-satqısı barədə» məsələyə baxılıb. Hesabatda belə yazılır.

«Bank Silk Way» ASC-də bankın indiki səhmdarlarına dair AzadlıqRadiosu-nun sualına cavab verilməyib. Bankın korporativ saytında da bu barədə heç bir məlumat yoxdur.

Səhmdarlar arasında tanınmış şəxslər var

Bank daha öncə - ən sonuncu dəfə öz səhmdarları haqqında 2010-cu ildə Bakı Fond Birjası vasitəsilə məlumat verib.

Bank daha öncə - ən sonuncu dəfə öz səhmdarları haqqında 2010-cu ildə Bakı Fond Birjası vasitəsilə məlumat verib. O zaman bankın 3 səhmdarı olub. «Silk Way Holding» şirkətlər qrupuna daxil «Silk Vey Aviaşirkəti» MMC bankın 41,83 faizinin mülkiyyətçisi idi. Hazırda bu şirkət bankın səhmdarı deyil. Yerdə qalan səhmlər Arzu İlham qızı Əliyevaya (29,085 faiz) və Zərifə Kamil qızı Həmzəyevaya (29,085 faiz) məxsusdur.

Buna da bax:​ Arzu Əliyevanın bankı ziyana düşüb

Beləliklə, «Bank Silk Way» ASC kimə məxsusdur» sualı açıq qalır.

6 ildə bankın kapitalı 5 dəfə çoxalıb

Yerdə qalan səhmlər Arzu İlham qızı Əliyevaya və Zərifə Kamil qızı Həmzəyevaya məxsusdur.

Bankın maliyyə hesabatına müsbət rəy vermiş «Deloitte & Touche» auditor şirkəti öz hesabatında kredit portfelinin 90 faizinin 2 şirkət arasında bölündüyünü ayrıca vurğulayır. 2015-ci ildə bu portfel 2 dəfə böyüyərək, 335,7 milyon manata yüksəlib. Bank ilboyu 1,5 milyon manat xalis mənfəət götürüb.

Buna da bax:​ “Qeyri-peşəkarlıq və korrupsiya Azərbaycan bank sisteminin atributlarıdır”

2010-cu ilin iyulunda 22 milyon manat olan səhmdar kapitalı indi 101,5 milyon manata çatıb.

XS
SM
MD
LG