Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:17

Azad edilən məhbuslar ölkədə vəziyyətin müzakirəsinə toplaşıb


Arxiv fotosu: Həbsdən yeni azad edilən hüquq-müdafiəçisi İntiqam Əliyev evinə yenicə dönərkən,28 mart 2016
Arxiv fotosu: Həbsdən yeni azad edilən hüquq-müdafiəçisi İntiqam Əliyev evinə yenicə dönərkən,28 mart 2016

-

Sonuncu əfv sərəncamı ilə azad edilmiş siyasi məhbuslar hesab edilən şəxslər və hüquq müdafiəçiləri martın 31-də Müsavat Partiyasının qərargahında Azərbaycanda insan haqlarının vəziyyətini müzakirə edirlər. Tədbirin təşkilatçısı Siyasi Məhbuslarsız Azərbaycan ictimai alyansıdır.

Əfv sərəncamı və 2 məhkəmə qərarı ilə həmin məhbuslardan 15 nəfəri azad edilib.

Müsavat Partiyasının qərargahında keçirilən müzakirələrdən canlı yayımı izləyin:

***

Müzakirələrdə önə çıxan məqamlar:

-Tofiq Yaqublu cinayət işində uyğunsuzluqlardan danışır. Deyir ki, "bunların üzə duranları var". Bir misal çəkir. "Orda sübut olurdu ki, şahid dediyi yerdə olmayıb."

-Tofiq Yaqublu deyir ki, "bunlar adam kimi tutmağı da bacarmırlar, burxamağı da bacarmırlar"

Onun sözlərinə görə, onu elə şəraitdə buraxıblar ki, fikirləşib, "yəqin güllələməyə aparırlar."

Müsavat başqanının müavini Tofiq Yaqublu giriş sözündən sonra jurnalistlərin suallarına cavab verdi

---

_ Smith nəyi düz demir? Deyir ki, ədalətli seçki yoxdur. Düz deyil? Smit nə deyir, düz deyir.

- Tofiq Yaqublu deyir ki, miqrasiyanın , terrorun, cəhalətin mənbəyi avtoritar rejimlərdir.

- Tofiq Yaqublu deyir ki, sanksiyalara tətəfdardır. Çünki "qozbeli qəbir düzəldər"

- Müsavat başqanının müavini Tofiq Yaqublu deyir ki, o, azadlığa çıxandan sonra Leyla Yunusa baş çəkib və dəhşətə gəlib. Hələ ona deyiblər ki, Leyla Yunusun vəziyyəti həbsxanadakı ilə müqayisədə xeyli yaxşılaşıb

-

Tofiq Yaqublu bildirir ki, buraxılanlar bəraət almayıb, şərti cəza ilə əvəzlənib, cəzaları. Onların yalnız cəzaçəkmə şəraiti dəyişib.

-

Tofiq Yaqublu bütün jurnalistlər, siyasətçiləri, televiziyaları debata çağırır ki, ona sübut etsinlər ki, onun o vaxtki hərəkətində cinayət olub

-

Tofiq Yaqublu deyir ki, niyə hakimiyyət nümayəndələri məhkəməyə gəlmirlər? Çünki məsuliyyətdən qaçırlar. Sonra deyə bilsinlər ki, xəbərləri olmayıb, onlara necə deyiblər, elə də nəticə çıxarıblar.

Müzakirələrə hakimiyyət təmsilçilərindən qatılan yoxdur. Amma adətən onlar Azərbaycanda ümumkiyyətlə heç bir siyasi məhbus olmadığını deyirlər. İnsan haqları fəalları isə bu son əfv sərəncamına qədər ölkədə 100-ə yaxın siyasi məhbus olduğunu deyirdilər.

XS
SM
MD
LG