Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:52

Skype-da yeni «Troya virusu»: Danışıqlar dinlənir


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Skype» istifadəçilərinin danışıq və özəl bilgilərini ələ keçirən yeni virus yayılıb.

«T9000» adlı yeni virusu bir təhlükəsizlik şirkətinin ekspertləri üzə çıxarıb.

«Daily Mail»in yazdığına görə, ən təsirli antivirus proqramları da bu virusun qarşısında aciz qalıb.

Ekspert açıqlamalarından o nəticəyə gəlmək olar ki, istifadəçilərə dair məlumat toplamaq həmin virusun ilkin hədəfidir - videozənglər olunca, istifadəçinin fotosu çəkilib yaddaşa verilir və danışıqlar yazılır.

İSTİFADƏÇİ BELƏ TORA SALINIR

«Skype» işə salınarkən, istifadəçiyə «explorer.exe wants to use Skype» (tərcüməsi: explorer.exe Skype-dən yararlanmaq istəyir) mesajı göndərilir. Beləcə, istifadəçi tora salınır.

«Rich Text Format» (RTF) formatında olan fayllar işə düşüncə kompüter virusa yoluxur. Bundan sonra «Troya virusu» çoxpilləli quraşdırma prosesinə başlayır və hər addımda antivirus proqramının olub-olmadığını yoxlayır. Tam yoxlamadan sonra virus «yoluxmuş» sistem haqqında bilgiləri toplayıb hakerin serverinə göndərir.

«Skype» rəsmiləri bildirib ki, indi yeni virus və onun zərəri daha geniş araşdırılır.

XS
SM
MD
LG