Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:01

Azərbaycan XİN: "Bu, ermənipərəst mövqedir"


Hikmət Hacıyev
Hikmət Hacıyev

-

“Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri konqresmen Kris Smit tərəfindən təqdim olunan “Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənəd tam şəkildə anti-Azərbaycan xarakter daşıyır və qəbuledilməzdir”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yaydığı açıqlama bildirib. O hesab edir ki, bu layihənin arxasında “ermənipərəst mövqeyi” gizlənib.

“Əsasız olaraq ABŞ-ın milli təhlükəsizlik və iqtisadi maraqlarının qorunması naminə bu sənədin hazırlandığı iddia olunduğu halda, sənədin müəllifləri əslində Azərbaycan və ABŞ-ın enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, iqtisadiyyat və digər sahələrdə uğurlu əməkdaşlığına kölgə salmaq niyyətini güdürlər”, - Hikmət Hacıyev qeyd edib.

Onun sözlərinə görə, hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmadan sənəd layihəsində “Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının pozulmasının iddia iddia edilməsi, cinayət tərkibli əməllərə görə həbs edilmiş şəxslərə “siyasi məhbus” donunun geyindirilməsi məqsədyönlü qərəzdən başqa bir şey deyildir”.

Hikmət Hacıyev hesab edir ki, “Bakı-Tbilisi-Qars, TAP/TANAP qaz boru kəmərləri, Böyük İpək Yolunun bərpası kimi strateji layihələrin həyata keçirilməsində mühüm rol oynayan və çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik vahəsi olan Azərbaycanın öz xalqının iradəsi əsasında yürütdüyü müstəqil siyasəti müəyyən antiAzərbaycan dairələri ciddi surətdə narahat edir”.

Aktda qeyd edilir ki, insan haqlarını pozan Azərbaycan rəsmilərinə viza qadağaları, onlarla biznes maraqlarından böyük gəlir götürənlərə maliyyə sanksiyaları nəzərdən keçirilməlidir.

XS
SM
MD
LG