Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 05:29

Azərbaycan Avropaya qaz satır, özü Rusiyadan alır?


'Azərbaycan qazı birinci bizə satsın'
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

'Azərbaycan qazı birinci bizə satsın'

Bakı və Brüsselin əldə etdiyi qaz sazişi Avropanın Rusiya qazından asılılığına son qoymaq niyyəti güdürdü. Ancaq ötən həftə yayılan bir xəbər Azərbaycanın Avropa qarşısında öhdəliklərini yerinə yetirmək üçün Rusiyadan qaz idxal etməsiylə bağlı suallara yol açıb. Bu haqda “Eurasianet” portalı yazır.

Rusiyanın Gazprom dövlət qaz şirkəti noyabrın 18-də bildirib ki, noyabrın 15-dən yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb. Sənəd Gazprom Export ilə Azərbaycanın SOCAR dövlət şirkəti arasında imzalanıb. Müqavilə 2023-cü ilin mart ayına qədər 1 milyard kubmetrədək qaz tədarükünü nəzərdə tutur.

“Eurasianet” bu razılaşmanın detalları haqda Azərbaycanın Energetika Nazirliyindən, yaxud SOCAR-dan açıqlama bilməyib.

SOCAR-ın açıqlaması

SOCAR-dan isə APA informasiya agentliyinə bildirilib ki, Gazprom-la uzun müddətdir əməkdaşlıq edilir, hər iki şirkət “qarşılıqlı qaz mübadiləsini təşkil etməklə infrastrukturu optimallaşdırmağa çalışır”.

Məqalədə bu razılaşmanın qaza tələbatın yüksəldiyi qış mövsümü ərəfəsində imzalanmasına diqqət çəkilir, Azərbaycanın bununla yerli qaz istehlakçılarının təchizatına, eyni zamanda Gürcüstana, Türkiyəyə, Avropaya ixrac öhdəliklərinə əməl etməyə çalışdığı vurğulanır.

Avropaya qaz Cənub Qaz Dəhlizi ilə nəql olunur, bu il 10 milyard kubmetr qazın daşınması nəzərdə tutulur. İyulda Avropa İttifaqıyla imzalanmış anlaşma memorandumunda ixracı 12 milyard kubmetrə çatrdırmaq planlaşdırılır.

Brüssel bununla Rusiya qazından asılılığını azaltmağa çalışır. Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayanda Aİ Moskvaya sanksiyalar tətbiq edib.

Ermənistanla həmsərhəd Astaf kəndinin bərbad durumu
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

12 milyard kubmetrdən daha az...

Enerji naziri Pərviz Şahbazov sentyabrın əvvəlində deyib ki, bu il Avropaya 11.5 milyard kubmetr qaz ixrac olunacaq. Ancaq o, ixrac hədəfinin niyə azaldığını aydınlaşdırmayıb.

Şah Dəniz qaz yatağını işlədən konsorsiuma yaxın mənbənin “Eurasianet”ə dediyinə görə, heç bir yeni ixrac kontraktı imzalanmayıb, yataq öncədən razılaşdırılmış 10 milyard kubmetri təchiz edəcək.

Aİ-nin Rusiyaya sanksiyaları Azərbaycana aid deyil və Rusiyadan istədiyi qədər qaz idxal edə bilər, məqalədə deyilir. Ancaq o da qeyd olunur ki, Gazprom-la razılaşma Aİ ilə iyul sazişinin siyasi niyyətinə ziddir.

Belə çıxır ki, Aİ-nin Azərbaycandan qaz idxalının bir qismi Moskvanın köməyi ilə həyata keçirilir. Bu isə o deməkdir ki, Brüsselin diversifikasiya cəhdləri boşunadır.

Aİ-nin xarici işlər komissarı Jozep Borrel bu günlərdə yazırdı ki, blok və Orta Asiya ölkələri qarşılıqlı əlaqələrin dərinləşdirilməsində və Rusiyadan yan keçən dəhlizlərin inkişaf etdirilməsində maraqlıdırlar. Diplomat Çini və Avropanı Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək birləşdirən Trans-Xəzər dəhlizindən söz açırdı.

XS
SM
MD
LG