Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:55

SOCAR-dan Monteneqroya 200 milyon sərmayə


Monteneqroda çimərlik
Monteneqroda çimərlik

-

SOCAR Monteneqroda kurort tikintisinə 200 milyon avrodan artıq investisiya yatırıb.

«Trend»in məlumatına görə, bunu Monteneqro prezidenti Filip Vujanović «bne IntelliNews» nəşrinə müsahibəsində deyib.

Dəyəri 500 milyon avro olan kurort Adriatik dənizi sahilində, keçmiş hərbi bazanın yerində inşa olunur.

«Biz kurortun 2017-ci ilin sonuna açılacağını gözləyirik», - deyə Monteneqro prezidenti bildirib.

SOCAR Türkiyə, Gürcüstan, Rumıniya, İsveçrə və digər ölkələrə milyardlarla investisiya qoyuluşu edib. Ekspertlər bu investisiyalarla yaradılan törəmə şirkətlərin bir çoxunun təsisçilərinin fiziki şəxslər olmasını doğru hesab etmirlər. Onların fikrincə, dövlət şirkəti törəmə şirkət yaradırsa, onun təsisçiliyində də dövlət olmalıdır.

«Fitch Ratings» agentliyinin məlumatına görə, 2015-ci ildə SOCAR-ın kapital qoyuluşu 1.6 milyard dollar olub. Bu göstərici 2016-cı ildə 1.7 milyard təşkil edəcək. 2017-ci ildə isə şirkətin investisiyalarının 5 milyard dolları ötəcəyi bildirilir.

Kurortun yerləşdiyi ərazi

XS
SM
MD
LG