Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:14

Sona Vəliyeva Şura üzvlüyündən çıxıb


Sona Vəliyeva
Sona Vəliyeva

Sona Vəliyeva Milli Televiziya və Radio Şurasının üzvlüyündən çıxıb.
Bu barədə məlumatı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də təsdiq edib.

MTRŞ sədirinin deməsinə görə, S.Vəliyeva, hələ bir neçə müddət öncə elmi fəaliyyətilə əlaqədar olaraq Şura üzvlüyündən azad olunması ilə bağlı dövlət başçısına mrüaiət edib.

“Cənab prezident də Sona xanım Vəliyevanın istefa ərizəsini qəbul edib. Çünki Sona Vəliyeva çoxdandır ki, elmi iş yazır. Bu səbəbdən də Sona Vəliyeva rəsmi şəkildə istefa ərizəsilə cənab prezidentə müraciət etmişdi. Prezident də onun istefasını qəbul edib. Yəni, Sona Vəliyeva öz xahişi ilə Milli Televiziya və Radio Şurası üzvlüyündən gedib. Yəni, onunla bağlı hər hansı problem olmayıb".

N.Məhərrəmli deyib ki, S.Vəlaiyevanın istefası noyabrın 15-də reallaşıb.
2013-cü il noyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyev Sona Vəliyevanın Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında sərəncam imzamışdı.

Sərəncamda qeyd olunurdu ki, Sona Məhəmməd qızı Vəliyeva 6 il müddətinə Azərbaycan Milli Televiziya və Radio Şurasının üzvü təyin edilir.

S. Vəliyeva Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənovun həyat yoldaşıdır.

Milli Televiziya və Radio Şurası 2002-ci il oktyabrın 5-də prezidentin fərmanı ilə - televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılıb.

XS
SM
MD
LG