Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:32

Sorğu: Rusiyalılar Azərbaycanı və Ermənistanı dost ölkə sayırlar


İlham Əliyev (solda), Nikol Paşinyan və Vladimir Putin
İlham Əliyev (solda), Nikol Paşinyan və Vladimir Putin

Rusiyalıların fikrincə onların ölkəsinə hazırda ən dost münasibətdə olan üç ölkə Belarus, Çin və Qazaxıstandır.

Rusiyanın qeyri-hökumət Levada mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə Belarus bu mənada siyahıdakı bütün başqa ölkələri xeyli geridə qoyur.

Respondentlərin 58 faizi Belarusu Rusiyaya dost ölkə hesab etdiyini bildirib.

Mərkəz bildirir ki, rusiyalıların Belarusa münasibəti 2013-cü ildən yaxşılaşmağa başlayıb və nəhayət 58-60 faiz civarında qərarlaşıb.

Çini respondentlərin 38, Qazaxıstanı isə 34 faizi dost ölkə adlandırıb.

Rusiyalıların dost hesab etdikləri ölkələrin ilk onluğunda Ermənistan və Azərbaycan da var. Hərçənd respondentlərin 17 faizi Ermənistana, 13 faizi Azərbaycana müsbət münasibət bildirib.

Rusiyalılar habelə Hindistan, Qırğızıstan, Suriya, Almaniya və Kubanı Rusiyaya dost ölkələr hesab edirlər.

Yeri gəlmişkən, Almaniya bu siyahıda yeganə Avropa İttifaqı üzvüdür.

Sorğuda respondentlərdən ayrıca olaraq hansı ölkəni dost, hansını qeyri-dost saydıqları ayrıca soruşulub. Bu səbəbdən də nəticə faizləri il baxışdan aldadıcı görünə bilər.

Ən pis münasibət ABŞ-adır

Sorğunun nəticələrinə görə rusiyalıların ən pis münasibəti olan ölkə Birləşmiş Ştatlardır.

Ən son məlumata görə rusiyalıların 66 faizi ABŞ-ı Rusiyaya qeyri-dost ölkə hesab edir.

Respondentlərin fikrincə ikinci yerdə 40 faizlə Ukrayna, üçüncü yerdə 28 faizlə Britaniyadır.

Sorğunun nəticələrinə görə Rusiyaya ən dost olmayan ölkələrin onluğuna Polşa, Baltikyanı dövlətlər, GürcüstanÇexiya düşüblər.

Sosioloqlar vurğulayırlar ki, rusiyalıların ABŞ-a münasibəti son bir neçə ayda pisləşib. Lakin bu rəqəm hələki 2014-2015-ci illərdəki həddinə çatmayıb. Onda Amerikanı xoşlamayan respondentlər 78 faiz idi.

Əgər ötən mart ayında respondentlərin 40 faizi Amerikaya yaxşı, 42 faizi pis münasibət bəsləyirdisə, , may ayında bu rəqəmlər müvafiq olaraq 31 və 54 olub.

Sorğunun nəticələrinə görə rusiyalıların Ukraynaya münasibəti bir neçə ay ərzində xeyli pisləşib.

Əgər mart ayında respondentlərin 50 faizi Ukraynaya yaxşı, 35 faizi pis münasibət bəsləyirdisə, bu rəqəmlər hazırda müvafiq olaraq 33 və 55 faizdir.

Çexiyaya münasibət ümumən müsbətdir

Rusiyalıların 2019-cu ilin yazından bəri Avropa İttifaqına da münasibəti kəskin pisləşib.

Levada bildirir ki, 2021-ci ilin yanvarında rusiyalıların 45 faizi Avropa İttifaqına müsbət, 37 faizi mənfi münasibət bildirmişdi. Bu rəqəmlər mart ayında müvafiq olaraq 38 və 45 faiz olub.

Rusiya və Çexiya arasında son ayların diplomatik çəkişməsinə baxmayaraq respondentlərin 42 faizi bu ölkəyə yaxşı, 35 faizi mənfi münasibət bəslədiyini bildirib.

Levada Mərkəzinin apardığı sorğuya görə rusiyalıların 83 faizi Rusiyanın düşmənləri olduğunu düşünür.

Qeyri-hökumət Yuri Levada adına mərkəz 2016-cı ildə Rusiya hakimiyyəti tərəfindən “xarici agent” kimi tanınıb.

Təşkilat bu qiymətləndirmə ilə razılaşmır.

Kreml dəfələrlə bilririb ki, Levadanın sorğu nəticələri qalan ictimai rəyi öyrənmə qurumlarının, xüsusilə də dövlət təşkilatlarının nəticələrindən kəskin fərqlənir.

https://www.levada.ru/2021/06/15/glavnye-druzhestvennye-i-nedruzhestvennye-strany/

XS
SM
MD
LG