Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:04

'İfadə azadlığını ehtimallara görə məhdudlaşdırmaq…'


Sosial mediaya qadağa tələbi - deputatlar nədən narahatdır?
Gözlə

No media source currently available

0:00 0:04:53 0:00

Sosial mediaya qadağa tələbi - deputatlar nədən narahatdır?

Son illər Azərbaycandakı həm sıravi müxalifətçilər, həm də ictimai fəallar sosial şəbəkələrdə yazdıqlarına görə hüquq-mühafizə orqanlarından xəbərdarlıq almaları, təhdid edilmələri ilə bağlı şikayətlər dilə gətirirlər. Fəalların sözlərinə görə, onlar polis idarələrində yazdıqlarını pozmağa məcbur edilirlər. İddia edirlər ki, yerli məhkəmələr belə məsələlərlə bağlı şikayətlərini də, bir qayda olaraq, ədalətli araşdırmırlar. Hərçənd, Daxili İşlər Nazirliyinin sözçüləri zaman-zaman belə şikayətləri yalanlayaraq tənqidi statuslara görə heç kimin incidilmədiyini vurğulayırlar.

F.Mustafa
F.Mustafa

"Mübarizə olmayanda daha çox stimullaşdırılır"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a deyib ki, sosial şəbəkələrdə təhqir yazanlara ən sərt cəza tətbiq olunmalıdır: "Amma bunu məhkəmə vasitəsilə etmək lazımdır, çünki bu tərbiyəsizlik baş alıb gedir və buna qarşı mübarizə olmayanda daha çox stimullaşdırılır".

Deputat hesab edir ki, bu sahədə müəyyən boşluqlar var: "Müraciətlərə lazımi səviyyədə həssas yanaşmamaq tendensiyası hələ ki, davam edir".

Hüquqşünas Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, sıravi vətəndaşlar istədikləri şəkildə hüquqazidd olmadan öz ifadə azadlığından istifadə edə bilərlər: "Azərbaycan Konstitusiyası da, ölkənin qoşulduğu İnsan Hüquqları Konvensiyası da bunu təminat altına alır. Amma 2022-ci ildən etibarən, xüsusilə yeni "Media haqqında" Qanun qüvvəyə minəndən sonra prokurorluğun bu istiqamətdə daha çox canfəşanlıq etdiyini və sistemli şəkildə ifadə azadlığının gözətçisiymiş kimi davrandığını görürük".

Ə.Məmmədli
Ə.Məmmədli

"Bu, ayrı-ayrılıqda çox fərqli şeylərdir"

Ekspertin sözlərinə görə, bir çox hallarda da söhbət suçdan getmir, sadəcə suç olma ehtimalını önləmək təşəbbüsündən gedir: "Bu, ayrı-ayrılıqda çox fərqli şeylərdir. Biri var ifadə azadlığı hansısa nifrət nitqinə görə məhdudlaşdırılsın və orada konkret fakt olar, biri də var ki, ehtimallara görə məhdudlaşdırılsın. Son vaxtlar bütün çağırışlar, cərimələnmələr hüquq pozuntusuna görə yox, olma ehtimalına görə baş verir. İfadə azadlığını isə ehtimallara görə məhdudlaşdırmaq olmaz".

O qeyd edib ki, bu mənfi tendensiyaya görə "ölkədə öz hüquqlarını qorumaq üçün vətəndaşlar nə edə bilər" sualı xeyli ritorik məna daşıyır: "Çünki hüququ qorumalı olanlar hüquqa yönəlik məhdudlaşdırıcı addımlar atırlar".

Bəxtiyar Hacıyev gecə saatlarında başına torba keçirilib aparılmasından danışır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

"Konstitusiya Məhkəməsinə…"

Ə.Məmmədli bildirib ki, hüquqi aspektdən vətəndaş öz hüququnu məhkəmə qaydasında müdafiə edə bilər: "Məhkəmədən öncə də əgər bu, insan hüquq və azadlıqların pozulmasına yönəlikdirsə, Ombudsmana da müraciət etmək hüququ var. Mən tövsiyə edərdim ki, söz və ifadə azadlığına yönəlik basqıların artdığı bir dönəmdə sistemli şəkildə bunu basqı kimi görən şəxslər ilk növbədə Ombudsmana yazılı müraciət etsinlər. Müraciət edərkən paralel Konstitusiya Məhkəməsinə müraciət mexanizminı sınasınlar".

XS
SM
MD
LG