Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:43

Aztəminatlı ailələrə 100 manat birdəfəlik yardım


Azərbaycanda aztəminatlı ailələrə birdəfəlik yardım veriləcək.

Bu gün, dekabrın 19-da prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, bu il, dekabrın 28-dək ünvanlı dövlət sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Birdəfəlik yardımın maliyyələşdirilməsindən ötrü dövlət büdcəsindən 5 milyon manat ayrılacaq.

Sərəncamın icrası Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Nazirlər Kabinetinə həvalə edilib.

Xatırlatma

Son bir ildə Azərbaycanda ünvanlı sosial yardım alanların dəqiq rəsmi sayı açıqlanmır.

Ölkə mətbuatında yazılanlara görə, son illər ünvanlı sosial yardım alanların sayı azalmaqdadır.

Həmin mövzuda danışan müstəqil ekspertlər bunu neftin ucuzlaşması, ölkənin gəlirlərinin azalması, rəsmilər isə son illər özünüməşğulluq proqramının (sosial müavinət alan bəzi ailələrə bunun əvəzində şəxsi təsərrüfatla məşğul olmaqdan ötrü dövlət dəstək verir) tətbiqi ilə izah edirdilər.

XS
SM
MD
LG