Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:40

Stalinin abidəsinə hücum etdilər


Putin illərində Stalinin təbliğatı artıb
Putin illərində Stalinin təbliğatı artıb

Rusiyanın Lipetsk şəhərində Kommunist Partiyasının yerli qərargahına basqın cəhdi olub.

İyulun 20-dən 21-ə keçən gecə naməlum şəxslər qərargahın qapısını qaz balonu ilə partlatmağa cəhd göstəriblər.

Bundan başqa onlar İosif Stalinin buradakı büstünün üzərinə tikinti köpüyü atıblar və abidənin üstünə “xalqların cəlladı” sözlərini yazıblar.

Lipetsk kommunistləri bu hadisənin təhlükəsizlik kameralarından alımış görüntülərini partiyanın Vkontakte saytındakı səhifəsində dərc ediblər.

Rusiya Kommunist Partiyası vilayət komitəsinin birinci katibi Nikolay Razvorotnevin sözlərinə görə 5 nəfərdən az olmayan hücum edənlər ofisin qapısını sırf təsadüfən aça bilməyiblər.

Lakin Stalin abidəsinə hücumu yerli kommunistlər “yaddaşla müharibə” adlandıraraq pisləyiblər.

Bu da xəbər verilir ki, polis hadisə ilə bağlı təhqiqata başlayıb.

Tarixçilər və Kremlin tənqidçiləri bildirirlər ki, Putinin hakimiyyəti illərində rəsmilər Stalin repressiyalarının miqyasını və əhəmiyyətini azaltmağa çalışır, bəzi hallarda isə onu “uğurlu rəhbər” və “böyük lider” kimi təbliğ edirlər.

Bu isə bir çox hallarda repressiya qurbanlarının yaxınlarının hiddətinə səbəb olur.

XS
SM
MD
LG