Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:34

Standard and Poor’s Azərbaycanın reytinqini 'mənfi'də saxlayıb


Standard and Poor’s beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb.

Agentliyin press-relizində bildirilir ki, Azərbaycanın suveren kredit reytinqi dəyişdirilməyib.

Standard and Poor’s Azərbaycanın uzunmüddətli, qısamüddətli xarici və milli valyutada reytinini 'BB+/B' səviyyəsində saxlayıb. Bu səviyyə “spekulyativ”, yaxud “zibil” səviyyə sayılır.

Reytinq mənfi proqnozludur.

Agentliyin məlumatında Azərbaycanda tədiyə balansına təzyiqlərin olduğu ifadə edilir. Qurum hesab edir ki, bu təzyiq aradan qalxarsa, iqtisadi inkişaf göstəricilərində artım müşahidə olunarsa və bank sistemində sabitlik bərqərar olarsa, reytinq üzrə proqnoz müsbətə dəyişə bilər.

Maliyyə Nazirliyi də Standard and Poor’s - un Azərbaycanın reytinqini dəyişməz saxlaması ilə bağlı məlumat yeyıb.

Nazirlik hesab edir ki, Standard and Poor’s - un Azərbaycanın reytinqini dəyişməz saxlaması ölkənin möhkəm fiskal mövqeyi ilə bağlıdır.

Nazirlik reytinqin dəyişməz qalmasını həm də Dövlət Neft Fondunun xarici valyutada ehtiyatlarının mövcudluğu ilə izah edib.

Xatırlatma

“Standard and Poor’s” Azərbaycanın kredit reytinqinə ötən ilin yanvarında baxıb endirmişdi.

Səbəb neftin qiymətinin düşməsi və xarici valyuta ehtiyatlarının azalması ilə izah edilirdi.

Standard & Poor's Moody's və Fitch Ratings ilə yanaşı dünyada nüfuzlu reytinq agentliklərindən biridir.

XS
SM
MD
LG