Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:25

Rusiyanın xarici işlər nazirliyi aktyor Steven Seagala vəzifə verdi


Vladimir Putin və Steven Seagal
Vladimir Putin və Steven Seagal

Steven Seagal Rusiya xarici işlər nazirliyinin ABŞ-la hümanitar əlaqələr üzrə xüsusi nümayəndəsi təyin edilib.

Bu barədə avqustun 4-də Rusiyanın xarici işlər nazirliyi məlumat yayıb.

Aktyor mədəniyyət və incəsənət sahəsində iki ölkə arasında münasibətlərin inkişafı, habelə gənclik proqramlarının mübadiləsinə kömək edəcək.

Seagal artıq bundan əvvəl bu sahədə çalışdığını, amma rəsmi statusdu olmadığını deyir.

Rusiya xarici işlər nazirliyinin məlumatında deyilir ki, Seagal bu vəzifəyə görə pul almayacaq.

Qeyd edək ki, Seagala 2 il əvvəl Rusiya vətəndaşlığı verilib.

Rusiya pasportunu ona şəxsən prezident Vladimir Putin təqdim edib.

Vladimir Putin
Vladimir Putin

Aktyorun ABŞ və Serbiya pasportu da var.

ABŞ Dövlət Departamenti hələlik Seagalın yeni vəzifəsinə münasibət bildirməyib.

ABŞ-ın Rusiyadakı kemiş səfiri Michael McFaul bu təyinatı “ümidsizlik jesti” adlandırıb.

Seagal 2018-ci ildə prezident Vladimir Putinin andiçmə mərasiminə dəvət alan şəxslər və Qızıl Meydanda keçirilən paradın iştirakçılarından biridir.

XS
SM
MD
LG