Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:36

'Bizdə subsidiyanın artırılmasının öz səbəbləri var'


12 qəpiyə pambıq yığan qadınlar: 'Yaşayış deyil'
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

12 qəpiyə pambıq yığan qadınlar: 'Yaşayış deyil' (Arxiv. 2020)

Azərbaycanda pambığa görə fermerlərə veriləcək məhsul subsidiyasının məbləği artırılıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2023-cü ilin məhsulu üzrə fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 190 manat subsidiya alacaqlar. Bu qərardan əvvəl həmin məbləğ 180 manat idi.

Son illər Azərbaycanda pambıqçılıqla bağlı bir sıra dövlət proqramları həyata keçirildi, prezidentin pambıqla bağlı tapşırıqları oldu. Amma bəzi mütəxəssislərin fikrincə, pambıq ölkə üçün hədəflənən "ağ qızıl"a çevrilə bilmədi.

"Pambıq üzrə məhsuldarlıq artır"

Hərçənd Kənd Təsərrüfatı Nazirliyində fərqli düşünürlər. Nazirlikdən "Turan"a bildirilib ki, pambıq üzrə məhsuldarlıq artır: "Ötən il pambıq üzrə orta məhsuldarlıq göstəricisi 2.42 sentner artıb. 2022-ci ildə 322 min 300 ton kondisiya çəkidə məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də, tarlalardan 35 min 259 ton çox məhsul yığılıb".

Nazirlik bunu sahələrdə düzgün aqrotexniki qulluq aparılması, zərərvericilərə qarşı vaxtında, səmərəli mübarizənin təşkili, yığım prosesinin 100 faizə yaxın müasir kombaynlar vasitəsilə həyata keçirilməsi ilə izah edir: "O cümlədən subsidiyaların artırılması da fermerlərin pambıq əkininə marağını artırır".

V.Məhərrəmov
V.Məhərrəmov

"Digər ölkələrdən fərqli olaraq məhsuldarlıq aşağıdır"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə AzadlıqRadiosuna bildirib ki, hökumət Azərbaycanda qeyri-səmərəli biznesi stimullaşdırmaq yolunu tutub: "Yəni, bizdə digər ölkələrdən fərqli olaraq məhsuldarlıq aşağıdır. Onun da ciddi səbəbləri var. Onlardan ən birincisi kəndlilərin suvarma suyuna ehtiyaclarının ödənilməməsidir. Bu problem bu il də öz həllini tapmadı".

Ekspertin fikrincə, məhsuldarlığı artırmaq subsidiya hesabına mümkün deyil: "Bizdə subsidiyanın artırılmasının öz səbəbləri var. Pambığın tədarükü ilə yüksək vəzifəli məmurlara yaxın şəxslər məşğuldur. Məqsədləri da odur ki, pambıqçılıqda, heç olmasa, indiki istehsal həcmini saxlaya bilsinlər. Saxlaya bilməsələr, nə emal və ixrac edəcəklər? Ona görə də subsidiyanın məbləğini artırırlar".

"Pambığın maya dəyəri artıb"

Onun sözlərinə görə, ötən il də pambıqçılıqla məşğul olan fermerlərin istehsal xərcləri artmışdı: "Bununla da pambığın maya dəyəri artıb. Bunun da öz səbəbləri var. Fermerlərin istifadə etdiyi texnikanın göstərdiyi xidmətlərin qiymətləri artıb. O xidməti həmin oliqarx-məmurlar göstərir, hansılar ki, pambığın emalı və satışı ilə məşğuldurlar. Onlar dövlətin aldığı texnikanı ələ keçiriblər və əkin-səpin işində, yığımda xidmət göstərirlər".

XS
SM
MD
LG