Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:29

İranda general Süleymaninin heykəli yandırılıb


Bu həftənin əvvəlində ölkənin cənub-qərbindəki Şəhrekord şəhərində Süleymaniyə qoyulan heykələ axşam saatlarında od vurulub
Bu həftənin əvvəlində ölkənin cənub-qərbindəki Şəhrekord şəhərində Süleymaniyə qoyulan heykələ axşam saatlarında od vurulub

İranın dövlət telekanalı Sülemaninin heykəlinin yandırılmasını “təhqiramiz akt” adlandırıb

Yanvarın 6-da İranda İnqilab Keşikçiləri Korpusu Qüds qüvvələrinin mərhum komandanı, general Qasem Süleymaninin heykəli, açılışından bir neçə saat sonra naməlum şəxslər tərəfindən yandırılıb.

Ölkənin xaricində fəaliyyət göstərən Qüds silahlı qüvvələrinin başçısı, general Süleymani 2020-ci il yanvarın 3-də ABŞ dron zərbəsi ilə Bağdad hava limanında öldürülüb.

Bu həftənin əvvəlində ölkənin cənub-qərbindəki Şəhrekord şəhərində Süleymaniyə qoyulan heykələ axşam saatlarında od vurulub.

Yarırəsmi ISNA agentliyinin məlumatına görə şəhərin imamcüməsi Məhəmmədli Nekunam deyib ki, “bu xain cinayət Bağdad hava limanındakı başqa cinayətlər kimi gecənin qaranlığında törədilib”.

İran hakimiyyət orqanları Süleymani 2 il bundan əvvəl öldürüləndən bəri ölkə boyunca müxtəlif yerlərdə ona abidə qoyub. Bir çox şəhərlərdə onun portretlərini görmək olar.

İranın dövlət telekanalı Sülemaninin heykəlinin yandırılmasını “təhqiramiz akt” adlandırıb.

General Qasem Süleymani İranın Yaxın Şərqdəki hərbi strategiyasının memarı sayılırdı.

Tehran Süleymaninin öldürülməsinə İraqda ABŞ qüvvələrinin mənzilləndiyi hərbi bazalara raket zərbələri endirməklə cavab vermişdi.

XS
SM
MD
LG