Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:05

Jurnalist: 'Mənə Sumqayıt polisində 3 gün işgəncə verdilər'


Sumgayit City Police Office
Sumgayit City Police Office

“Mənə Sumqayıt polisində 3 gün işgəncə verdilər. Polis rəisinin müavini öz otağında əməliyyatçılarla mənə işgəncə verirdi. Tələb edirdilər ki, video kamera ilə canlı olaraq icra başçısı Zakir Fərəcovdan üzr istəyim”.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə böhtana görə, 1 il azadlıqdan mərhum edilmiş Realliq.info saytının baş redaktoru İkram Rəhimov təcridxanadan göndərdiyi məktubunda belə yazır.

Məktubu jurnalistin vəkili Elçin Sadıqov açıqlayıb. O, noyabrın 29-da İ. Rəhimovla Şüvəlandakı istintaq təcridxanasında görüşüb.

Buna da bax:​ '12 jurnalist, bloqçu ifadə azadlığına görə həbsdədir'

Realliq.info saytının baş redaktoru məktubunda əlavə edir ki, Z.Fərəcovdan üzr istəmədiyinə görə, başına ağır qoxulu sellofan torba keçirib, nəfəsi kəsilənə qədər saxlayıblar. Ondan bir neçə dəfə üzr istəməsi tələb edilib.

Məktubda bütün prosesin canlı videoçətin müşayiəti ilə həyata keçirildiyi, Sumqayıt rayon icra başçısının prosesi izlədiyi bildirilir.

Baş redaktor nəql edir ki, işgəncələrə dözmədiyindən başını stula vurmaqla sol gicgah nahiyəsinə xəsarət yetirib. Bundan sonra işgəncələri dayandırıblar.

Buna da bax: Həbsdəki jurnalistin cəzası azaldıldı

Vəkil E.Sadıqov işgəncə şikayəti ilə bağlı Baş Prokurorluğa rəsmi müraciət edəcəyini bildirib.

Jurnalistlə birgə şikayətçi də böhtana görə həbs olunub

Vəkilin deməsinə görə, İkram Rəhimovun həbsi bilavasitə rəhbərlik etdiyi saytda yayılan məqalə ilə bağlı olub.

“Realliq.info-da "Ən Ucuz" ticarət mərkəzlərinin vergidən yayınması (Vergilər nazirliyinin müvafiq məktubları ilə vergidən yayınma öz təsdiqini tapıb) barədə məqalə yayılıb. Həmin məqalədə ticarət mərkəzinin Sumqayıtın icra başçısına rüşvət verdiyi iddia olunub. Məqalə vəzifəli şəxslərin qanunsuzluqlarından dövlət orqanlarına müraciət edən Rəhman Novruzovun şikayəti əsasında hazırlanıb. “Ən Ucuz ” ticarət mərkəzinin rəhbəri Vüqar Qələndərovun buna görə, xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsindən sonra saytın rəhbəri Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə günahkar bilinərək bir illiyə azadlıqdan məhrum edilib”, vəkil bildirib.

Buna da bax:​ Hakimiyyətin “jurnalistlər üzərinə amansız hücumları” pislənir

Vəkil saytda yayılan məqalədə istinad olunan şikayət məktubunun müəllifi Rəhman Novruzovun da böhtana görə, bir il azadlıqdan məhrum edildiyini deyib.

Sumqayıt İcra Hakimiyyəti: “Tamamilə cəfəngiyatdır”

Vəkilin yaydığı məktubda ifadə olunanlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin münasibətini almaq mümkün olmayıb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən isə vəkilin bəyanatı ilə bağlı şərh vermək xahişinə cavabda bildiriblər ki, icra başçısı Zakir Fərəcov ümumiyyətlə bu işlə əlaqəsi olduğunu təkzib edib.

Buna da bax: Avropa Məhkəməsi hökuməti 91 min avro cərimələdi

O, ünvanına olan ittihamları “tamamilə cəfəngiyat” adlandırıb.

DIN nə deyir?

““Reallıq.az” saytının redaktoru İkram Rəhimovun Sumqayıt Şəhər Polis İdarəsində işgəncələrə məruz qalması haqda yayılan xəbərlər əsassız və şantaj xarakterlidir”.

Bunu Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Turan” Agentliyinə bildirib.

Buna da bax: İcra başçısı artıq həbsdə olan jurnalisti məhkəməyə verib

O. Mansurzadə bildirib ki, İ. Rəhimovu böhtan yazdığına görə, bir iş adamı xüsusi ittiham qaydasında məhkəməyə verib və o, bir il müddətinə azadlıqdan məhrum edilib: “Odur ki, bu adamın polis idarəsində işgəncələrə məruz qalması haqda dedikləri əsassızdır. Bu xəbəri dövriyyəyə buraxanlar sadəcə ictimai rəyi çaşdırmaq istəyirlər”.

XS
SM
MD
LG