Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:50

Suriyadakı kürd silahlı birləşmələri Türkiyənin şərtlərilə razılaşıblar


Türkiyə tankları, Türkiyə- Suriya sərhəd bölgəsində, arxiv foto
Türkiyə tankları, Türkiyə- Suriya sərhəd bölgəsində, arxiv foto

"Suriya qemokratik qüvvələri" (SDF) adlandırılan kürd silahlı birləşmələri Ankaranın irəli sürdüyü şərtlərlə razılaşdıqlarını bəyan ediblər. Onların oktyabrın 27-də yaydıqları bəyanatda belə deyilir. Bəyanatda bildirilir ki, onlar Türkiyə prezidentinin irəli sürdüyü və oktyabrın 22-də Soçidə Türkiyə ilə Rusiya prezidentləri arasında imzalanan sənədlə razıdırlar.

Bəyanatda belə bir razılaşmaya Rusiya ilə uzunmüddətli müzakirələrdən sonra gəlindiyi vurğulanır və qeyd edilir ki, bununla da kürd birləşmələri Suriyanın dərinliklərinə doğru yerləşdiriləcək.

"Bizim sərhəd rayonlarındakı qüvvələrimiz Suriya mərkəzi hökumətin sərhədçiləri ilə əvəzlənəcək" deyə bəyanatda vurğulanır.

Bununla yanaşı sənəddə həmçinin Rusiyaya müraciət edilir ki, prezident Bashar Assad hökuməti ilə kürd muxtariyatı arasında konstruktiv daloqun aparılmasına yardım etsin.

Amma rəsmi Dəməşq kürdlərin muxtariyyatını tanımır. Kürdlər isə bəyan edirlər ki, onlar öz rayonlarını Suriyadan ayırmağa çalışmırlar.

Beləki Türkiyə ordusunun təhlükəsizlik zonası ilə bağlı sərhəd boyunca başladığı hərbi əməliyyatlar onları Dəməşqlə razılıq axtarmağa məcbur edib.

Oktyabrın 22-də Rusiyanın Soçi şəhərində Ərdoğanla Putin arasında əldə olunan razılaşmaya görə, 30 kilometr Suriyanın içərilərinə doğru bütün Türkiyə sərhəddi boyunca ərazilərə Türkiyə hərbçiləri və Rusiya hərbi polisi nəzarət edəcək. Kürd dəstələri isə 150 saat ərzində həmin ərazilərdən çəkilməlidirlər.

Bu ərəfədə Ərdoğan bəyan edib ki, əgər kürd dəstələri Soçi razılaçmasına əməl etməsələr Türkiyə hərbi əməliyyatları yenidən bərpa edəcək. .

Türkiyə Suriya ilə sərhədboyu ərazilərdəki kürd silahlı birləşmələrinin mövcudluğunun ölkəyə təhlükə olduğunu bəyan edərək oktyabrın 9-da əməliyyatlara başlayıb. Amerika Birləşmiş Şatatları əməliyyatların başlanmasından bir gün əvvəl həmin ərazilərdəki minə yaxın hərbçisini çıxararaq Suriyanın digər ərazisində yerləşdirib.

XS
SM
MD
LG