Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 15:24

Türkiyənin Azərbaycanı dəstəkləmək imkanı hara qədərdir? 


Türkiyəli ekspert:"Türkiyə və Rusiya üz-üzə qalmaq istəməz"
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Türkiyəli ekspert:"Türkiyə və Rusiya üz-üzə qalmaq istəməz"

Türkiyə prezidenti Recep Teyyub Erdoğan öz çıxışlarında Azərbaycana tam dəstək verdiklərini deyir:

“Türkiyə bütün imkanları və qəlbi ilə dost Azərbaycanı dəstəkləyəcək”.

Azərbaycan silah-sursat təchizatının bir hissəsini, o cümlədən son model hərbi dronları Türkiyədən aldığını açıqlayıb, amma Azərbaycana silah satan yalnız Türkiyə deyil, İsrail və Belarus da bu sıradadır.

İstanbul Aydın Universitetinin professoru Nadir Devlet yada salır ki, Türkiyə ilə Azərbaycanın bir-birinə hərbi yardım barədə razılaşması var, o cümlədən, 1994-cü ildən sonra bir neçə il Azərbaycanın hərbi məktəblərində Türkiyə mütəxəssisləri dərs deyib.

Avropalı ekspert:"Rusiya sülhməramlısı girdiyi torpaqdan çıxmır"
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Nə Rusiya, nə də Türkiyə üzbəüz toqquşma istəyir

Alim deyir ki, bundan başqa, Qarabağda son hərbi qarşıdurma qızışana qədər Azərbaycana silah satıb və hazırda siyasi mənada Azərbaycanı dəstəkləyir.

Amma onun fikrincə, bölgədə başqa bir siyasi güc olan Rusiya ilə üz-üzə qalmaq Türkiyənin marağında deyil və onunçün riskdir:

“Əlbəttə ki, Rusiya Ermənistana girirsə, yardım edərsə, Türkiyə də istər-istəməz, Azərbaycana yardım etmək yolunu seçmək məcburiyyətində qalacaq. Amma Türkiyə əslində, bunu istəmir. Çünki Türkiyənin, başqa, ciddi problemləri var. Böyük Rusiyaya qarşı getmək çətindir, bunu digər NATO üzvləri ilə razılaşdırmaq lazımdır, NATO isə buna mane olacaq”.

Nadir Devlet əlavə edir ki, Türkiyə ilə üz-üzə gəlmək heç Rusiyanın da marağında deyil.

Mərkəzi Brüsseldə yerləşən European Policy Center - Avropa Siyasət Mərkəzinin baş analitiki Amanda Paul da bildirir ki, Türkiyənin siyasi dəstəkdən daha uzağa gedəcəyini və nə vaxtsa, Azərbaycana yardım məqsədiylə münaqişəyə birbaşa qatıla biləcəyini düşünmür:

“Əslində, Rusiya və Türkiyənin üz-üzə gəlməsi heç Azərbaycanın da marağında deyil. Regionda belə bir hal faciə demək olardı. Türkiyənin belə qarşıdurmaya hazır olduğunu düşünmürəm. Rusiya da həmçinin. Hər iki tərəf bu məsələdə çox ehtiyatlıdır”.

Ekspert: "Azərbaycan rəhbərliyi Rusiya ilə bağlı cəsarətlənib"
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

"Türkiyənin mənəvi dəstəyi yetərlidir"

Milli Məclisin Beynəlxalq Münasibətlər Komitəsinin sədri Səməd Seyidov deyir ki, Azərbaycan Ordusu özü onsuz da güclüdür, Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi isə vacibdir:

“Türkiyə Azərbaycanın yanında mənəvi cəhətdən, siyasi cəhətdən dəstək olmasaydı, Ermənistanın təxribatları Azərbaycana qarşı nə dərəcədə kəskin şəkildə olacaqdı?! Azərbaycan 100 minlik orduya malikdir. Azərbaycanın insan potensialı çox gözəldir. Azərbaycan cəbhə xəttində artıq problemlərini və sözünü demiş bir ölkədir. Ermənilər qaçır, torpaqlarımız azad olunur. Bunu Azərbaycan xalqı edir, bunu Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgəri edir”.

Səməd Seyidov deyir ki, bundan sonra da Türkiyənin danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunda təmsil olunması Azərbaycan üçün olduqca vacibdir.

Hələ ki, Türkiyənin də danışıqlara vasitəçilik etməsi barədə təklifə Minsk Qrupundan hansısa reaksiya verilməyib.

Rusiya və Ermənistan isə deyiblər ki, Minsk qrupunun formatının dəyişdirilməsini istəmirlər.

Kremlin saytında yayılan məlumata görə, oktyabrın 14-də Türkiyə və Rusiya prezidentləri telefonla danışıblar, Qarabağı müzakirə ediblər və Minsk prosesi çərçivəsində sülh danışıqlarını davam etdirməyin vacibliyini qeyd ediblər.

Məlumatda deyilir ki, Türkiyənin Minsk Qrupunun üzvü kimi münaqişənin nizamlanmasına konstruktiv töhfə verəcəyinə dair ümid ifadə olunub.

XS
SM
MD
LG