Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:26

Hüquq müdafiəçisini “kars”a salıblar


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

.

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qaldığı bildirilir.

Yaxınlarının Azadlıq Radiosuna verdiyi məlumata görə, onu “kars”a salıblar və səhhəti daha da pisləşdiyi bildirilir.

Həyat yoldaşı Fəxriyyə Xasməmmədova bir neçə gün əvvəl T.Xasməmmədovun səhhətində ciddi problemlər olması ilə bağlı müvafiq qurumlara müraciət etmişdi.

Müraciətdən sonra Taleh Xasməmmədov saxlandığı cəzaçəkmə müəssisəsində 15 günlüyə “karsa” salınıb və ona işgəncə verildiyi bildirilir.

Onin həyatının təhlükə altında olduğunu deyən ailə üzvləri hüquq müdafiəçisinə yardım üçün müfavq qurumlar, ictimai- siyasi təşkilatlar, Ombudsman və vətəndaş cəmiyyəti qurumlarından yardım istəyirlər.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə T.Xasməmmədovun durumu ilı bağlı hər hansı açıqlama verməyib. Amma bu həftə Taleh Xasməmmədovun həyat yoldaşının rəsmi qurumlara göndərdiyi müraciətlə bağlı qısa açıqlama vermişdilər. Penetinsiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Taleh Xasməmmədovun həyat yoldaşının etdiyi müraciətin araşdırıldığı bildirilmişdi.

Taleh Xasməmmədov ötən il iyulun 22-də Göyçay rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. O, xuliqanlıqda ittiham olunur. Hüquq müdafiəçisi ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

Qeyd edək ki, Taleh Xasməmmədov bundan əvvəl də həbs edilmişdi. Amma prezidentin əfv fərmanı ilə azadlığa çıxmışdı.

XS
SM
MD
LG