Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:54

Pakistan Ankara ilə Taliban arasında birbaşa dialoqa çalışdığını deyir


Pakistanın baş naziri Imran Xan- Islamabad, 4 iyun, 2021
Pakistanın baş naziri Imran Xan- Islamabad, 4 iyun, 2021

Taliban yaraqlılarının avqusrun 11-də daha bir iri şəhəri-Fərah əyalətinin paytaxtını ələ keçirdikləri xəbər verilir. Reütersin məlumatına gərə Taliban həmçinin Kunduz hava limanı ələ keçirib.

Türkiyə beynəlxalq qüvvələrin Əfqanıstandan çıxmasından sonra hələ də Kabil hava limanını idarə etmək və qorumaq fikrində olduğunu bəyan edib.

Bu barədə Reüters agentliyi avqustun 11-də məlumat yayıb.

Ankara bu yaxınlarda Birləşmiş Ştatlara təklif edib ki, beynəlxalq Koalisiya qüvvələri Əfqanıstanı tərk etdikdən sonra Türkiyə Kabil hava limanının qorunmasını öz üzərinə götürə bilər və artıq xeyli vaxtdır ki, tərəflər bununla bağlı danışıqlar aparırlar.

Amma Ankara bunun üçün Vaşinqtonun buna maliyyə, maddi -texniki və diplomatik dəstək göstərməsini istəyir.

"Türkiyə ordusunun Kabul hava limanını nəzarətə götürməsi ilə bağlı hələlik heç bir şey dəyişməyib. Bunun gerçəkləşməsi üçün danışıqlar və proses davam edir, Amma təbii ki, Əfqanıstandakı vəziyyət yaxından izlənilir" -deyə adı çəkilməyən yüksək rütbəli Türkiyə rəsmisi Reuters -ə bildirib.

Pakistanın Baş naziri İmran Xan isə avqustun 11-də İslamabadda xarici mediaya müsahibədə bildirib ki, bu məsələ ilə bağlı Türkiyənin müdafiə naziri Hulusi Akarla danışıqlar aparıblar və Talibanla Ankara arasında birbaşa dialoqun baş tutmasına səy göstərəcəklər.

Taliban yaraqlıları Əfanıstan ərazilərini tuta-tuta gedir.

Taliban yaraqlılarının avqusrun 11-də daha bir iri şəhəri-Fərah əyalətinin paytaxtını ələ keçirdikləri xəbər verilir. Reütersin məlumatına gərə Taliban həmçinin Kunduz hava limanı və ordakı hərbi bazanı ələ keçirib.

Reütersin məlumatına görə, hazırda ölkə ərazisinin 65 faizi talibanşıların nəzarətindədir.

Taliban yaraqlıları Tacikistan, Özbəkistan, İran, Pakistan və Çinlə həmsərhəd olan rayonları ələ keçirdiklərinə görə, regional təhlükəsizliklə bağlı ciddi narahatlıq yaranıb.

Bütün bunlar ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin mayın 1-dən Əfqanıstandan çıxmağa başlamasından sonra baş verir.

ABŞ bu prosesin sentaybradək yekunlaşdırılacağını bildirib.

XS
SM
MD
LG