Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:22

Talibanın üzləşdiyi iqtisadi çətinliklər


Əfqanıstan Mərkəzi Bankı
Əfqanıstan Mərkəzi Bankı

Taliban avqustun 23-də Hacı Məhəmməd İdrisi mərkəzi banka müvəqqəti sədr təyin edib

Əfqanıstan mərkəzi bankının mühacirətdə olan rəhbəri yoxsul ölkəsinin Taliban idarəçiliyi altında üzləşəcəyi iqtisadi çətinliklərdən danışıb.

“Da Afghanistan Bank”ın (DAB) rəhbəri olmuş Acmal Əhmədi avqustun 22-də “Bloomberg”in “Odd Lots” proqramına deyib ki, üfüqdə milli valyutanın zəifləməsi, artan inflyasiya, idxal xərclərinin yüksəlməsi, kapitalın hərəkətinə nəzarət görünür.

500 milyon dolları ayırmırlar

Əhmədi deyir ki, Birləşmiş Ştatların mərkəzi bankın 9.4 milyard dollarlıq aktivini dondurması Əfqanıstanın iqtisadiyyatını daha da zəif duruma salır. Bundan başqa, Beynəlxalq Valyuta Fondu yeni Taliban hökumətinin beynəlxalq kredit mənbələri ilə əlaqələrini də kəsib. Avqustun 23-də ayrılmalı olan 500 milyon dollar da bu sıradadır.

Ölkə isə COVID-19, quraqlıq, məcburi köçkün problemiylə mübarizə aparır.

“Həqiqətən çətin vəziyyətdir. Üç şoku idarə etməyə çalışırdıq, indi dördüncü də ortaya çıxıb”, – Əhmədi vurğulayıb.

Milli valyuta olan əfqani ilin əvvəlindən dəyərinin 10 faizini itirib, Taliban avqustun 15-də Kabili tutandan sonra isə rekord həddə düşüb. Amma bu valyuta sərhədlərarası ticarətdə istifadə olunmadığından ölkə ABŞ dollarından və havala adlı qeyri-rəsmi transfer sistemindən asılıdır.

Mərkəzi banka müvəqqəti sədr

Dünyanın ən yoxsul ölkələrindən olan Əfqanıstan xarici yardımdan çox asılıdır və bu yardım büdcənin 75 faizini təşkil edir. Milyonlarla əfqanın humanitar yardıma ehtiyacı var.

Taliban avqustun 23-də Hacı Məhəmməd İdrisi mərkəzi banka müvəqqəti sədr təyin edib. Bir həftədən çoxdur ölkədə banklar işləmir, bir çox hökumət idarələri bağlıdır.

Amma Taliban hakimiyyətdə qaldıqca xarici yardımın böyük hissəsinin də ayrılmayacağı gözlənir.

Əhmədi deyir ki, Taliban ABŞ-ı əvəzləmək üçün digər ölkələrə – Çinə, Pakistana üz tuta bilər. “Amma çox çətin vəziyyətdir”, – o deyib.

Taliban Kabili tutandan sonra Əhmədi Əfqanıstandan qaçıb, hazırda adı açıqlanmayan yerdə yaşayır.

XS
SM
MD
LG