Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:54

'Dünyada qiymətlər düşəndə niyə Azərbaycanda benzin ucuzlaşmırdı?'


Təbii qaz bahalaşdı
Təbii qaz bahalaşdı

Oktyabrın 16-da Tarif Şurasının qərarı ilə elektrik enerjisinin və təbii qazın qiymətləri artırıldı. Qiymət artımı həm əhaliyə, həm də digər qrup istehlakçılara şamil olundu. Noyabrın 1-dən əhalinin 1200 kubmetrədək istifadə etdiyi təbii qazın hər kubmetri 2 qəpik bahalaşdı. Eyni zamanda, sənaye, kənd təsərrüfatı sahələri və "Azəristiliktəchizat" ASC-yə satılan qazın qiyməti də artırıldı.

Elektrik enerjisinə gəlincə, noyabrın 1-dən istifadə olunmuş 200 kVts-dək elektrik enerjisinin tarifi 8 qəpik, 200 kVts-dan - 300 kVts-dək – 9 qəpik (300 kVts-dək əvvəl 7 qəpik idi), 300 kVts-dan çox isə 13 (əvvəl 11 qəpik idi) qəpik müəyyən olunub. Ticarət və xidmət sahələri üçün tarif 9 qəpikdən 11 qəpiyə, digər sahələr üçün isə 9 qəpikdən 10 qəpiyə yüksəldildi.

Tarif Şurası bunu enerji təhlükəsizliyinin təmin olunması, iqtisadiyyatın dinamik, intensiv inkişafına əlverişli şəraitin yaradılması, dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması və başqa amillərlə izah edir.

Avropada qaz böhranı. Azərbaycan satışı artırırmı?
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Qaz artıq ikinci dəfədir bahalaşır

Təbii qazın qiyməti Azərbaycanda bu il artıq ikinci dəfədir artırılıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 27 milyard 917.4 milyon kubmetr qaz hasil edilib. O cümlədən, əmtəəlik qaz hasilatı 20 milyard 593.4 milyon kubmetr həcmində olub. Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 11.3, əmtəəlik qaz hasilatı isə 14.6 faiz artıb.

SOCAR-dan izah

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) "Turan"a bildirilib ki, "Azərkontrakt" ASC-nin şirkətlərdən aldığı qazın qiymətinin bir qismini dövlət tənzimləyir: "O da SOCAR-dan alınan qazdır. Bir qismi isə bazar şəraitinə görə dəyişə bilər. Məsələn, "Şahdəniz" yatağından alınmış qazın bir qismi bazar qiymətlərindən asılıdır. Bazarda qiymətlər artdıqca, həmin qazın dəyəri və qiyməti artmaqdadır".

Qurumdan qeyd olunub ki, satış qiymətləri isə dəyişmədikcə xərclərdə olan artımın kompensasiyası mümkün olmur: "Gərək dövlət bunu subsidiyalaşdırsın. Bunun isə müəyyən fəsadları var - dövlət büdcəsi üçün əlavə yük yaranır və uzunmüddətli perspektivdə qeyri-dayanıqlı görünür".

Qaz yerli camaatdan kəsilib xaricə satılır? 'Hər çərşənbə guya qəza olur'
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

"Azəriqaz" İstehsalat Birliyindən (İB) isə agentliyə deyilib ki, son qiymət dəyişikliklərdən sonra əhali təbəqəsi üzrə illik 24 manat artım baş verəcək: "Əhalinin 51 faizi illik 1200 kubmetrə qədər qaz istehlak edir. Qiymətlərin artımı həmin 51 faizə aylıq 2 manat təsir edəcək".

"Dünya bazarlarında təbii qazın satış qiymətləri artıb"

Qurumdan qeyd olunub ki, son dövrlər dünya bazarlarında təbii qazın satış qiymətləri artıb. Vurğulanıb ki, hasilatda istifadə olunan əsas materialların, avadanlıqların böyük bir hissəsi də Avropadan gətirilir: "Orada isə həmin avadanlıqların qiymətləri də kəskin şəkildə artdı. Bu da hasilatın dəyərinə, qazın maya dəyərinə, sonrakı mərhələdə qazın topdansatış və pərakəndə satış qiymətlərinə təsir göstərmişdi. Bu, həm də "Azəriqaz"ın investisiya paketinə də təsir göstərmişdi".

İB-dən bildirilib ki, qazın qiymətlərinin artmasına xarici faktorlarla yanaşı, daxili faktorlar da təsir göstərib.

Fermer: 'Ömrümün sonunacan işıqpulu verməyəcəm'
Gözlə

No media source currently available

0:00 0:06:38 0:00

"…Keyfiyyətin yaxşılaşdırılmasına xidmət edir"

"Azərişıq" ASC-dən isə agentliyə deyilib ki, əvvəl 200 KVts-dək 14 manat ödənilirdisə, indi 16 manat ödəniləcək: "200 KVts-dək elektrik enerjisini istifadə edən əhalinin sayı 63 faizdir".

Qurumdan vurğulanıb ki, tarifin tənzimlənməsi kommunal xidmətlərdə keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına xidmət edir.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hökumətinin qaz və elektrik enerjisinin qiymətlərini artırmasının dünya bazarlarında gedən proseslərlə izahı həqiqəti əks etdirmir:

"Biz idxalçı ölkə deyilik"

"Çünki biz idxalçı ölkə deyilik. Azərbaycan həm təbii qazını, həm də elektrik enerjisini ixrac edir. Son illər bunların ixracatı kifayət qədər artıb".

O qeyd edib ki, Azərbaycanda səmt qazı da var: ""Azəri-Çıraq-Günəşli" yataqlarından səmt qazının bir hissəsini uzun illərdir BP şirkəti SOCAR-a pulsuz verir. Layihə başlayandan bu günə qədər təqribən 40 milyard kubmetr qaz pulsuz verilib. Hər il bu rəqəm 1.5-3 milyard kubmetr arasında dəyişir".

N.Cəfərli
N.Cəfərli

N.Cəfərlinin fikrincə, bu səmt qazı hökumətə müəyyən mənada imkan verirdi ki, vətəndaşlar üçün qiymətləri qaldırmasın.

"Dövlət büdcəsindən dotasiyalar azalıb"

Onun sözlərinə görə, dünyada gedən prosesləri bəhanə edərək bundan sonra da qiymət artımına gedə bilərlər: "Qiymət artımının əsas səbəbi isə inhisarçı dövlət şirkətlərinin dotasiyalarının azaldılması ilə bağlıdır. Dövlət büdcəsindən dotasiyalar azalıb".

N.Cəfərli xatırladır ki, son 5-6 il ərzində dünya bazarlarında dəfələrlə enerjidaşıyıcıların qiymətləri düşmüşdü: "Dünyada qiymətlər düşəndə niyə Azərbaycanda kommunal xidmətlərin, benzinin qiyməti ucuzlaşmırdı? Çünki hökumətinin bu sahədə apardığı siyasətin dünya bazarlarında gedən proseslərlə heç bir əlaqəsi yoxdur".

Onun qənaətincə, növbəti ildə anons edilmiş əmək haqlarının, pensiyaların və müavinətlərin artımı kommunal xidmətlərin bahalaşmasını tam kompensasiya edə bilməyəcək.

XS
SM
MD
LG