Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:02

Alternativ yolun çətinliyi və ya 1920-ci illərin xəritəsi kimə sərf edir?


Ermənsitanın ərazi-idarəetmə və infrastruktur naziri Qnel Sanosyan
Ermənsitanın ərazi-idarəetmə və infrastruktur naziri Qnel Sanosyan

Ermənistanda Gorus-Qafan avtomobil yoluna alternativ olaraq çəkilən 43 kilometrlik Tatev-Aqvan yolunun tikintisi bu həftənin sonunadək başa çata bilər

Ermənistanda Gorus-Qafan avtomobil yoluna alternativ olaraq çəkilən 43 kilometrlik Tatev-Aqvan yolunun tikintisi bu həftənin sonunadək başa çata bilər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, bu barədə noyabrın 2-də keçirilən brifinqdə jurnalistlərə ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan məlumat verib.

O deyib ki, sonuncu kilometrin asfaltlanmasına başlanıb.

Sanosyanın sözlərinə görə hava şəraiti imkan verərsə, yolun tikintisi bu həftə başa çatacaq.

Tatev-Aqvan yolunun çəkilişi
Tatev-Aqvan yolunun çəkilişi

Ötən sentyabrda Azərbaycan silahlı qüvvələri Gorus-Qafan avtomobil yolunun onların nəzarətində olan sektorunda post qurub.

Bu postda İrandan Ermənistana gedən yük maşınlarının yoxlanmasına başlanıb.

Həmin əsnada iki İran sürücüsünün saxlanması Bakı və Tehran arasında münasibətləri gərginləşdirmişdi.

Elə həmin vaxt İran rəsmiləri Gorus-Qafan yoluna alternativ olaraq çəkiləcək yolun tikintisində Tehranın Yerevana dəstək verəcəyini bildirmişdilər.

Nazir etiraf edib ki, alternativ yolun Tatev aşırımı hissəsi ən mürəkkəb hərəkət sektoru olacaq:

“Tat dərəsində üç döngə var. Burada yük maşınları çox böyük çətinliklə dönürlər. Amma bu, hər halda qeyri-mümkün deyil, keçmək olur. Bu problemi nəzərə alaraq, daha doğrusu, bu problemin olmaması üçün biz hazırda Tatev-Ltsen yolunun çəkilişi proqramını həyata keçiririk. Hazırda 19 kilometrlik bu hissədə iki tərəfdən iki şirkət işləyir. Bu il biz bu yolun çınqıl örtüyünü başa çatdıracağıq, amma asfaltlama işləri 2022-ci ilə qalacaq”.

Bakı da, Yerevan da sərhəd üçün SSRİ xəritəsinə razıdır. Amma mübahisə qalır: hansı ilin xəritəsi?
Gözlə

No media source currently available

0:00 0:05:14 0:00

Ermənistan hələ Gorus-Qafan yolundan əlini üzməyib

Nazirin sözlərinə görə, alternativ yola alternativ olan başqa yolun çəkilməsi o demək deyildir ki, Ermənistanın Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan 21 kilometrinə heç bir ümidi qalmayıb.

Sanosyan deyib ki, bu problem sərhədin delimitasiya və demarkasiyası ilə başa çatacaq:

“Biz bu yoldan imtina etməyəcəyik. Bu, iki sektoru çıxmaqla bizim yolumuzdur. Bu mübahisəli hissələrdir. Yəni bu məsələni delimitasiya və demarkasiya göstərəcək. Bu prosesdə ağrılı sahələr olacaqmı? Məncə siz də razısınız ki, dəqiqləşdirməyə ehtiyac var. Sərhəddə belə hal ola bilməz ki, daim kimsə qalxıb “bu mənimdir” desin. Bu, sonsuza qədər davam edə bilməz...”

Sanosyan deyib ki, o delimitasiya və demarkasiya prosesinin hansı sovet xəritələri ilə aparılacağını bilmir.

İxtisasca coğrafiyaçı olan nazir bildirib ki, müxtəlif illərin xəritələri bir-birindən fərqlənir. Məsələn 1920-ci illərin xəritəsində nə kimi bir mənzərə var?

Rusiya prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan sərhədinin məhz 1920-ci illərin xəritəsi əsasında müəyyənləşdirilməsindən danışmışdı. O demişdi ki, bu xəritələr Rusiya silahlı qüvvələrinin baş qərargahında saxlanır və bu proses Rusiya olmadan aparıla bilməz.

Mübahisəli dağ gölü

Sanosyan 1920-ci illərin xəritəsi barədə deyib:

“Düşünürəm ki, 20-ci illərin xəritəsində çoxlu dəyişiklik var. Amma nə və harda? Düşünürəm ki, Al Lçer (İşıqlı Qaragöl-red) ərazisində xəritə bizim xeyrimizədir. Mənim bildiyimə görə 20-ci illərin bütün xəritələrində Al Lçer Ermənistan Respublikasının ərazisinə düşür”.

İşıqlı Qaragöl
İşıqlı Qaragöl

Lakin sərhədin delimitasiya və demarkasiyası üçün 1920-ci illərin xəritələri əsas kimi götürüləcəkmi? Ötən həftə deputatlardan biri baş nazir Nikol Paşinyana məhz belə bir sual vermişdi. Paşinyan bildirmişdi ki, mühüm olanı xəritənin ili yox, onun hüquqi əsasıdır:

“Müxtəlif illərin xəritələri əslində bir-birindən çap olunub. Biz bu xəritələrə diqqətlə baxmalıyıq ki, onun hüquqi əsasının olub-olmadığını başa düşək. Məsələn, hansısa rayonun MK-sı hansısa örüşü bizim qardaş rayona bağışlamaq istəyir. Onlar da öz növbələrində nə isə...Yəni bizim araşdırmamız göstərir ki, daimi proseslər baş verib, hansılar ki, bəli mən razıyam, bu məntiqlə hüquqi əsasa malik deyil”.

Azatyutyun yazır ki, rəsmi Yerevan dəfələrlə Bakı ilə sərhədin demarkasiya və delimitasiyası prosesinə başlamağa hazır olduğunu bildirib, amma belə bir görüş barədə ölkə başçıları arasında hələki razılaşma olmayıb.

XS
SM
MD
LG