Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 15:13

Tbilisidə avropayönlülər mitinq keçirirlər


Tbilisidə Avropa yürüşü
Tbilisidə Avropa yürüşü

Oktyabrın 20-də Tbilisidə “Gürcüstan Avropa İttifaqını seçir” devizi ilə kütləvi mitinq keçirilir. Altı gündən sonra isə ölkədə parlament seçkiləridir.

Ölkənin Avropa kursunun tərəfdarları şəhərdə beş yerdə toplaşaraq Azadlıq meydanına doğru irəliləyiblər. Meydanda Gürcüstan və Aİ-nin himnlərinin oxunması ilə mitinq başlanıb.

Tbilisidə mitinq
Tbilisidə mitinq

Aksiyanı qeyri-hökumət təşkilatları təşkil edir, onu prezident Salome Zurabişvili, əsas müxalifət partiyaları dəstəkləyib.

Prezident S.Zurabişvili də bir neçə dəfə deyib ki, oktyabrın 26-da vətəndaşlar Rusiya ilə Avropa arasında seçim edəcəklər. O, bugünlərdə brifinqdə açıq söyləyib ki, avrointeqrasiyanın davam etməsi üçün dörd avropapərəst partiyanı dəstəkləmək vacibdir. Onlardan “Birlik- milli hərəkat” keçmiş prezident Mixeil Saakaşvilinin partiyasıdır.

M.Saakaşvili həbsxanadan AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində xəbərdarlıq edib ki, hakim "Gürcü arzusu" partiyası oktyabrın 26-da parlament seçkilərini udarsa, bunun ağır nəticələri ola bilər.

"Növbəti günlərdə, həm seçkilər dönəmində, həm də sonrakı günlər provokasiyalar gözləyirəm", – o bildirib.

Mitinqdən görüntülər
Mitinqdən görüntülər

Həmin dörd partiya S.Zurabişvilinin təşəbbüsü ilə “Gürcüstan xartiyası”nı imzalayıblar. Sənəddə seçkidən sonra müvəqqəti hökumət yaradılması, kompleks islahatların aparılması, “xarici agent” qanununun ləğvi, azad və ədalətli şərtlərlə növbədənkənar seçkilərin keçirilməsi nəzərdə tutulur.

Hökumətyönlü media, hakim “Gürcü Arzusu” partiyasının üzvləri bugünkü aksiyanı “müxalifətin qürur yürüşü” adlandırıb.

Rəsmi Tbilisi Moskva ilə getdikcə sıxlaşan əlaqələrinə görə tənqid edilir. Avropa İttifaqı (Aİ) və ABŞ ölkədə demokratiyanın geriləməsi sarıdan narahatlıqlarını ifadə ediblər.

"Gürcü arzusu" xaricdən maliyyələşən QHT və medianın fəaliyyətini məhdudlaşdıran, eləcə də "LGBT propaqandası" əleyhinə qanunlar qəbul edib. Brüssel və Vaşinqton cəza tədbirlərinə əl atıb.

Hakim partiya qarşıdan gələn seçkiləri hərb və sülh arasında həyati seçim kimi təqdim edir.

XS
SM
MD
LG