Keçid linkləri

2025, 15 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:33

Təhsil krediti 25-28 faiz olanda... [video]


Təhsil krediti niyə əlçatmazdır?
Gözlə

No media source currently available

0:00 0:09:58 0:00

Təhsil krediti niyə əlçatmazdır? [A-Live]

Qərb ölkələrində geniş tətbiq olunan təhsil kreditləri Azərbaycanda nə qədər əl çatandır?

Təhsil eksperti Bəxtiyar Hacıyev deyir ki, Azərbaycanda təhsil kreditin yalnız adı var.

Buna da bax:​ İndiyə kimi 102 tələbəyə kredit verilib

O, deyir ki, xaricdə təhsil kreditlər Azərbaycandan tamamilə fərqlidir:

“Birincisi təhsil kreditləri tələbənin ancaq bir illik təhsil haqqını yox, bütün illər üzrə təhsil haqqı, yaşamaq xərclərini qarşılayacaq məbləğdə verilir. İkincisi bu kreditin faizi çox aşağı olur. Hətta bəzi ölkələrdə illik 1 faiz. Üçüncüsü isə təhsil kreditləri uzunmüddətli verilir. Tələbənin universiteti bitirib, iş tapması və sonradan krediti qaytara bilməsi nəzərə alınır”.

Azərbaycanda “Təhsil krediti haqda” qanun layihəsi də hazırlanıb. Lakin Milli Məclisin müzakirəsinə çıxarılmayıb. Qanun layihəsinin müəlliflərindən biri – millət vəkili Əli Məsimli ATV-yə müsahibəsində deyib ki, bu layihənin gerçəkləşməsi 25-28 faizlə təhsil krediti verən bankların marağına uyğun gəlməyib:

Buna da bax:​ Xarici diplomların 25-30 faizi tanınmayıb

Əli Məsimli
Əli Məsimli

“Əslində 25-26 faizə qısa müddət üçün verilən kredit təhsil krediti yox, istehlak kreditidir, təhsil haqlarını verə bilməyən ailələrin düşdüyü vəziyyətdən sui-istifadə etmək deməkdir. Nə qədər ki, bizim hazırladığımız qanun layihəsi qəbul edilməyib, təhsil haqlarını verməkdə çətinlik çəkən ailələrin həmin 26 faizlik kreditlərlə soyulması davam edəcək”.

Azərbaycanda iyulun 29-dan ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Seçimlər avqustun 10-dək davam edəcək. Sosial şəbəkələrdəki müzakirələrdən görünür ki, abituriyentlər dövlət hesabına plan yerlərinə ixtisas seçimində çətinlik çəkirlər. Bəzi abituriyentlərin pulsuz təhsilə balı çatmır, pullu təhsil üçün də imkanlarının çatmamasından gileylənirlər.

Buna da bax:​ 489 balla 'ortabab' universitetə yaxın düşmək olmur

Bakı sakinlərindənsə soruşmuşuq ki, Azərbaycanda təhsil haqları nə dərəcədə cibə uyğundur?

Universitetlərin təhsil haqqı nə qədər cibə uyğundur?
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Asim Mollazadə də qəbul edir ki, təhsil kreditləri olsaydı, ailələr təhsil haqqını ödəməməkdə çətinliklə üzləşməzdi. Lakin o düşünür ki, yüksək bal toplayanlar dövlət hesabına təhsil ala bilərlər. O ki, qaldı təhsil kreditlərinin Azərbaycanda tətbiq olunmamasına Asim Mollazadənin fikrincə, əsas problem banklardakı durumdur:

“Ali təhsil haqda” qanun layihəsi qəbul olunmalıdır və təhsil kreditləri məsələsi də bu qanunda öz əksini tapmalıdır. İndiki təhsil kreditlərinin müddətinin azlığı, illik faiz dərəcələrinin yüksək olması banklardakı problemlərə görədir. Ölkə iqtisadiyyatı inkişafı etsə, maliyyə sistemi güclənərsə, təhsil krediti məsələsi də öz həllini tapar”.

Buna da bax:​ Abituriyentlərin qəbul imtahanında əl atdıqları ən populyar üsullar

Təhsil eksperti Kamran Əsədovun hesablamalarına görə, Azərbaycanda 165 min tələbə ali məktəbdə oxuyur və onların 70 faizi – 125 min nəfər ödənişli təhsil alır.

Kamran Əsədov
Kamran Əsədov

Onun sözlərinə görə, Bakıda ortalama təhsil haqqı 2000-2500 manat, regionlarda isə 1400-1900 manatdır. Azərbaycanda orta aylıq əməkhaqqı isə 500 manat civarındadır.

XS
SM
MD
LG