Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:59

'Tezliklə biləcəyik, bu çirkin olayın təşkilatçısı kimdir'


Dağlıq Qarabağ cəbhə xəttində
Dağlıq Qarabağ cəbhə xəttində

“İstintaq orqanlarının kameralarında saxlanan hərbçilərin sonradan təmiz şəkildə azadlığa çıxması və hərbi xidmətə qayıtması halları çox olub. Hətta bəziləri general-mayor və general-leytenant rütbəsinə yüksəlib”.

Müdafiə Nazirliyinin keçmiş zabiti, hərbi ekspert Üzeyir Cəfərov bir qrup hərbçi və mülki şəxslərin Ermənistana casusluqda ittiham edilməsini dəyərləndirərkən belə deyib.

Buna da bax:​ Ermənistana casusluqda suçlanan bir qrup tutulu

“Bəziləri az qala ittiham olunanları parçalamağa hazır olduqlarını bildirirlər. Başa düşmək lazımdır ki, məhkəmə qərarı olmadan bu insanlar, hələlik, ancaq şübhəli şəxslərdir. Həbs və ya ittiham konkret şübhəlinin günahkar olması demək deyil. Həbs olunan hər kəsi vətən xaini adlandırmaq olmaz. Tezliklə biləcəyik ki, bu çirkin olayın təşkilatçısı kimdir”, deyən ekspert saxlananlar barəsində indidən cinayətkar obrazının yaradılmasının doğru olmadığını bildirir.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov

Ü.Cəfərov deyir ki, indi təlaşa düşmək də lazım deyil.

“Ordu həyatından uzaq olanlar uydurmaçılıqla məşğul olmasınlar. Xoşagəlməz hadisə baş verib. Amma bu, o demək deyil ki, klaviaturası olan hər kəs ictimai rəyi öz istədiyi kimi yoza bilər. İndi bəziləri böhtan yazır, adlar açıqlayır. Onsuz da əsəblər tarıma çəkilib”, deyən ekspert hazırkı durumda diqqətli olmanı vacib sayır.

Buna da bax: MN: ‘Ermənistanın təxribatı ifşa olunub’

Onun sözlərinə görə, casusluq olayları bütün ölkələrdə, orduların əksəriyyətində baş verir.

“Yəqin ki, bundan sonra da olacaq. Kimsə düşünürsə ki, Azərbaycan ordusu pozulub, faciə baş verib, elə deyil. Nə ilə məşğul olmasından asılı olmayaraq, 30-40 nəfər yüzminlik ordunun döyüş ruhuna, döyüş qabiliyyətinə təsir göstərə bilməz“, ekspert vurğulayır.

Bir gün əvvəl, mayın 7-si Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb.

Buna da bax:​ Dağlıq Qarabağın azərbaycanlı icması: “Münaqişənin həlli yalnız...”

Həmin bəyanatda Ermənistanın xeyrinə casusluqda və terror aktlarının hazırlanmasında günahlandırılan bir qrup hərbçi və mülki şəxslərin həbs edildiyi xəbər verilir.

XS
SM
MD
LG