Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:51

1233 oldular, bəy!


İllüstrasiya
İllüstrasiya

►Oktyabrın 8-də saat 18 00-də parlament seçkilərində qeydiyyat mərhələsi rəsmən başa çatdı.

Indiyə qədər 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.

O deyib ki, qeydə alınanlardan 274 nəfərinin namizədliyi 15 partiyadan, 18 nəfərinki “Azadlıq-2015” siyasi partiyalar blokundan, 2 nəfəri təşəbbüs qrupundan, digərlərinin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Oktyabrın 9-dan isə təşviqat kampaniyasına start veriləcək.

Kampaniya səhər saat 8-da başlayıb, ayın 31-də saat 8-də başa çatacaq.

Seçki Məcəlləsinə görə, səsverməyə 24 saat qalmış təşviqat rəsmən qadağan edilib.

Buna da bax: Biz luzerik

Mərkəzi Seçki Komissiyası parlament seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrıldığını bəyan edib.

Amma hakim Yeni Azərbaycan Partiyasından başqa heç bir siyasi partiya və ya seçki bloku bu imkandan yararlanmaq imkanı əldə edə bilməyib.

Çünki Seçki Məcəlləsinə görə, bir siyası qüvvənin KİV-də pulsuz təşviqat aparması üçün ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmalıdır. Hakim YAP isə ödənişsiz efir imkanından imtina edib.

İctimai Televiziyada isə ödənişli efir vaxtının 1 saniyəsi ən azı 20 manat təşkil edir.

XS
SM
MD
LG