Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:19

Texniki baxış rüsumu artırıla bilər


Maşınların müayinədən keçirildiyi yer
Maşınların müayinədən keçirildiyi yer

Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırıla bilər.

Bununla bağlı «Dövlət rüsumu haqqında» Qanuna dəyişikliklər layihəsi hazırlandığı bildirilir.

Layihədə avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 30 manat müəyyən edildiyi qeyd olunur. Hazırda isə bu rüsumun 20 manat olduğu deyilir.

Deputat Vahid Əhmədov isə bildirir ki, dəyişiklik məsələsi bir neçə gün öncə İqtisadiyyat, sənaye, sahibkarlıq komitəsinin iclasında səsləndirilib və təklif parlamentin plenar iclasına tövsiyə edilib.

XS
SM
MD
LG