Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:56

'Azərbaycan bu pulları itirir'


Füzuli aeroportu
Füzuli aeroportu

Oktyabrın 16-da Baş nazir Əli Əsədovun sərəncamı ilə Füzuli rayonunda tikilən hava limanına beynəlxalq status verilib. Sərəncama əsasən, status hava limanına beynəlxalq uçuşları yerinə yetirmək üçün təqdim edilir.

Yeni tikilən hava limanına beynəlxalq statusun verilməsi aşağı büdcəli sərnişindaşıma xəttinin Azərbaycanda da fəaliyyətinə yol aça bilərmi? Azərbaycanda loukosterlərin fəaliyyəti gözlənilirmi? Ən nəhayət, bu ölkədə təyyarə biletlərinin ucuzlaşması ilə bağlı hansı addımlara ehtiyac var?

Aviabiletlərin bahalığı problemini 'Buta' da həll etmədi
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Son illər olanlar…

Azərbaycana əvvəlki illərdə iki aşağı büdcəli aviaşirkət uçuşlar həyata keçirirdi. 2014-cü ildə Macarıstanın "Wizz Air" şirkəti Bakı-Budapeşt marşrutu üzrə uçuşlar etsə də, qısa müddətdən sonra onları dayandırdı. 2016-cı ildə isə cəmi bir neçə ay İstanbul-Qəbələ-İstanbul marşrutunu təmin edən Türkiyənin "Pegasus" şirkəti də həmin reysi bağladı. Şirkət bunu rentabelliyinin aşağı olması ilə izah etdi.

Lakin 2016-cı ilin dekabrında "Azərbaycan Hava Yolları" (AZAL) QSC özünün tabeliyində aşağı büdcəli "Buta Airways" şirkətini açdı. Şirkət hazırda da fəaliyyət göstərir. Amma şirkətin Avropaya hazırda uçuşlarının, demək olar ki, olmadığı bildirilir.

Fazil Mustafa
Fazil Mustafa

Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, turizmə böyük dəstəyi olan şəbəkənin Qarabağda qurulması üçün müəyyən işlər görülməlidir. O, "Turan"a bildirib ki, əks halda Füzuli hava limanı müəyyən dərəcədə rentabelli olmaya bilər. Onun sözlərinə görə, müəyyən güzəştlərə, yəqin ki, gediləcək: "Çünki hava limanı müəyyən kateqoriyalı təyyarələrin enişi üçün nəzərdə tutulsa, bunun effekti olmayacaq. Yalnız AZAL-ın təyyarələri fəaliyyət göstərsə, bu, artıq turizmin sonu deməkdir".

"İnhisarçılıq olduğuna görə…"

Deputat qeyd edib ki, bu sahəni inhisardan çıxarmaq lazımdır: "Maraqlı da deyillər ki, rəqabətə hazır bir sistem qurulsun. Ona görə də turizmi inkişaf etdirmək üçün çoxşaxəli rəqabətli mühiti yaratmalıyıq ki, bütün şirkətlər bərabərhüquqlu şəraitdən istifadə edə bilsinlər".

O, Füzuli hava limanında yalnız bir şirkətin sərnişindaşıma ilə məşğul olacağına inanmır: "Çünki biz Qarabağda tamamilə fərqli bir model qurmaq üçün cəhdlər edirik. Ölkə prezidenti də bu mənada tez-tez açıq mesajlar verir".

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

İqtisadçı, işadamı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda istənilən sosial-iqtisadi və siyasi məsələlərin həlli bir nəfərdən asılıdır: "Əgər həmin şəxs qərar versə ki, aşağı büdcəli təyyarə reysləri açılsın, bu olacaq".

"Hətta yerli əhali Gürcüstan üzərindən uçur"

O deyir ki, beynəlxalq turizm ucuz uçuşlar, kirayə avtomobillərin əlçatanlığı və hostellərin çoxluğu ilə inkişaf edir: "Azərbaycanda turizm xaricdə yaşayan azərbaycanlıların hesabına inkişaf edir. Normal turist bura niyə gəlsin ki? Əgər qiymətlər, uçuşlar bahadırsa, xidmətlər əlçatan deyilsə, bura gələn olmayacaq. Hətta yerli əhali digər ölkələrə Gürcüstan üzərindən uçur".

N.Bəydəmirlinin sözlərinə görə, Azərbaycanda verilən qərarların çoxu məmur sahibkarlığını qorumağa yönəlib: "Hava daşımalarında da bu belədir. Ola bilsin ki, ictimaiyyətin təzyiqi altında hansısa bir aviaşirkətə qısamüddətli icazə verilsin, amma bunun sonu olmayacaq. Necə ki, vaxtilə icazə verilmişdi, amma aeroport xərclərini kəllə-çarxa qaldırandan sonra onlar imtina etməyə məcbur oldular".

AZAL-da 10 dəfə baha biletlər, Prezidentin qızının şirkətləri
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

"Sonda qiymət AZAL-ın qiymətlərinə..."

İqtisadçı qeyd edib ki, uçuş yalnız bilet tarifindən asılı deyil: "Həm də xidmətlərdən və vergilərdən asılıdır. Xarici ölkə aviaşirkətləri yanacağı buradan almalıdır, aeroport xərclərini, vergiləri ödəməlidir".

Onun fikrincə, bütün bunlar elə olmalıdır ki, sonda qiymət AZAL-ın qiymətlərinə bərabərləşməsin: "Koronavirus pandemiyasından əvvəl ölkəyə 1.2 milyon nəfər gəlmişdisə, Gürcüstanda bu rəqəm 7 milyonu ötmüşdü. Gürcüstanda həmin turistlərə göstərilən xidmətlərdən alınmış vergi hesabına 2.4 milyard dollar büdcəyə daxil olur. Azərbaycan isə bu pulları itirir".

Azərbaycanda təyyarə biletlərinin baha olmasından bir çox kəz dövlət başçısı da narazılığını ifadə edib, amma qiymətlərdə ciddi düşüş yaşanmayıb.

Mövzu ilə bağlı AZAL-ın və başqa uyğun rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

XS
SM
MD
LG